Müsavat Ümidlə əməkdaşlıqdan imtina etdi
İqbal Ağazadə: “Müsavatın Hərəkatı dağıtmaq cəhdi hakimiyyətin sifarişi ilə həyata keçirilir”
Müsavat Partiyası Ümid Partiyası ilə əməkdaşlıq münasibətlərinin bundan sonra davam etdirilməsinin qeyri-mümkün olduğu barədə açıqlama yayıb. Partiyanın mətbuat xidmətindən Lent.az-a daxil olan açıqlamada Ümid Partiyası seçki komissiyalarında təmsil olunmağa razılaşmaqla Müsavat və digər müxalifət partiyaları üçün ayrılan yerləri qismən dolduraraq demokratik dövlət quruculuğu istiqamətində aparılan siyasi mübarizəyə xələl gətirməkdə və digər məsələlərdə günahlandırılır.
“Müsavat Partiyası qeyd edilənləri və hakimiyyət dairələri ilə Ümid Partiyası strukturları arasında iş birliyi ilə bağlı məlumatların son dövrlər daha da artdığını nəzərə alaraq bu partiya ilə əməkdaşlıq münasibətlərinin bundan sonra davam etdirilməsinin qeyri-mümkün olduğunu bəyan edir.
Müsavat Partiyası Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan digər təşkilatlarla (AXCP, ALP, ADP və VİP) əməkdaşlıq münasibətlərinin davam etdirilməsinə, siyasi və ya seçki blokları yaradılması üçün müzakirələr aparmağa hazır olduğunu bir daha bəyan edir” - deyə, açıqlamada qeyd olunub.
Məsələ ilə bağlı Ümid Partiyasının sədri İqbal Ağazadə isə Lent.az-a açıqlamasında bunları deyib: “Bu, mənim “Kimdir haqlı?” yazıma cavab deyil. Bu, sadəcə olaraq yüzbir bəhanə ilə verdiyi təkliflərdən imtinanı əsaslandırmağa cəhddir. Öz təkliflərindən imtina edirlər. Biz təklifdən imtina etməmişik. Biz o təklifi genişləndirib, parlament təmsilçiliyindən də imtina edib bu hakimiyyətlə daha radikal müzakirə aparmağı təklif etmişik. Daha radikal mübarizə aparmaq istəmirlərsə, yolumuza əvvəlki formada davam edə bilərdik. Bunu da istəmirlərsə, bu, onların öz problemidir. Hesab edirəm ki, Müsavat Partiyasının Hərəkatı dağıtmaq cəhdi hakimiyyətin sifarişi ilə həyata keçirilir”.
Pərvin ABBASOV

479