ADP seçkiyə qatılmağa qərar verdi
16 oktyabr 2009 15:45 (UTC +04:00)

ADP seçkiyə qatılmağa qərar verdi

Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbədənkənar iclası keçirilib.


Bu barədə Lent.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib.

İclasda bələdiyyələrə keçiriləcək seçkilərdə partiyanın iştirakı ilə əlaqədar məsələyə baxılıb. Müzakirələrin nəticəsində partiyanın bələdiyyə seçkilərində iştirak etməsi haqqında yekun qərar qəbul edilib. Eyni zamanda bir sıra səbəbləri nəzərə alan İdarə Heyəti qüvvədə olan seçki qanunvericiliyində nəzərdə tutulan iştirak formalarından biri kimi bələdiyyə seçkilərində namizəd kimi iştirak etmək istəyən partiya üzvlərinin öz təşəbbüsü ilə namizədliyini irəli sürməsi variantında seçkiyə qatılmağı daha məqbul hesab edib və bu haqda müvafiq qərar qəbul edib.


İclasda müzakirə olunan məsələ ilə əlaqədar bəyanat da qəbul edilib. Bəyanatda qeyd olunub ki, ADP Seçki Məcəlləsində partiya şəklində iştiraka ciddi texniki çətinliklər yaradıldığına görə partiya halında seçkilərə qatılmağı məqsədə müvafiq hesab etmir.


ADP ölkədə siyasi fəallığı yüksəltmək, vətəndaşları cəmiyyətin siyasi həyatında fəal iştiraka təşviq etmək və bələdiyyələrdə təmsil olunmaqla yerli problemlərin həllində iştirak etmək məqsədi ilə fərdi təşəbbüs qaydasında bələdiyyə seçkilərində iştirak etmək haqqında qərar qəbul edir, öz üzv və tərəfdarlarını qarşıdan gələn bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırır.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 422

Oxşar yazılar