Azərbaycanın müstəqilliyinin rəsmiləşməsindən 18 il ötür
Bu gün Azərbaycan Respublikasının (AR) müstəqil dövlət olmasının rəsmiləşdirilməsindən 18 il ötür. Lent.az-ın məlumatına görə, 1918-ci il mayın 28-də Azərbaycan Milli Sovetinin qəbul etdiyi bəyannaməni əsas tutaraq, 1991-ci il avqustun 30-da Azərbaycan Ali Soveti Azərbaycan Respublikasının istiqlaliyyəti haqda bəyannamə qəbul edib və həmin il oktyabrın 18-də AR Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Həmin andan, yəni 1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal bir ölkə olub.
Xatırladaq ki, üç il öncə Milli Məclisdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən sonra təqvimdə 18 oktyabr bayramı istirahət – qeyri-iş günü hesab olunmur.
Pərvin ABBASOV
Xatırladaq ki, üç il öncə Milli Məclisdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən sonra təqvimdə 18 oktyabr bayramı istirahət – qeyri-iş günü hesab olunmur.
Pərvin ABBASOV
627