Milli Qəhrəmanın doğum günü Biləsuvarda qeyd olunub
Biləsuvarda keçirilən, millət vəkili Qənirə Paşayeva və İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın, eləcə də rayon rəhbərliyinin, yerli ziyalıların, Mübariz İbrahimovun ailə üzvlərinin və gənclərin qatıldığı tədbirlərdə, Qəhrəmanın ömür yoluna bir daha nəzər salınıb, ruhu coşğuyla yad edilib.
Millət vəkili Qənirə Paşayeva Mübariz İbrahimovun adını daşıyan liseydə, eləcə də şəhidin ata evində düzənlənən tədbirlərdə qəhrəmanlığın heç bir qorxu, sərhəd tanımaması və bütün digər nəcib özəllikləri barədə, bütün bu keyfiyyətlərin Mübariz İbrahimovun timsalında necə təzahür etməsi barədə danışıb. Millət vəkili may ayında Biləsuvarda qəhrəman gizirin abidəsinin ucaldılacağı və ev muzeyinin açılacağı barədə məsələyə də toxunub, istər bu faktı, istərsə də Mübariz İbrahimovun yüksək ada layiq görülməsini, onun adının əbədiləşdirilməsi üçün görülmüş tədbirləri, nəşinin düşməndən alınaraq dövlət törəni ilə paytaxtdakı 2-ci Fəxri Xiyabanda dəfn olunmasını dövlət başçısının şəhidlərə, qəhrəmanlara münasibətinin bariz örnəyi kimi dəyərləndirib.
Millət vəkili Qənirə Paşayeva və Ombudsman Elmira Sıüleymanova, eləcə də digər çıxışçılar Mübariz İbrahimovun gənclərimiz üçün parlaq örnək olduğunu bildirib, gənclərin onun adınalayiq ömür yolunu öyrənməyi tövsiyə ediblər.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29