Nazir Əli Abbasov Gürcüstan prezidentinin anası ilə görüşüb
Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, görüşdə nazir Əli Abbasov Azərbaycan və Gürcüstan dövlət başçılarının məqsədyönlü siyasəti sayəsində iki ölkə arasında uğurlu əməkdaşlıq əlaqələrinin daha da genişləndiyini xüsusi vurğulayıb və ölkəmizdə İKT sektoru üzrə həyata keçirilən işlər barədə geniş məlumat verib.
Gürcüstan Universitetinin Himayədarlar Şurasının sədri xanım Giuli Alasaniya Gürcüstanın elm və təhsil sistemi barədə ətraflı məlumat verib, Gürcüstan dövlətinin yeni müəyyənləşdirdiyi prioritetlərə əsasən dəqiq və texnoloji elmlərin tədrisinə xüsusi diqqət verildiyini, bu ixtisaslara cəmiyyətdə tələbatın artdığını bildirib və bu sahədə həyata keçirilən tədbirlər barədə danışıb.
Azərbaycanda İT üzrə Beynəlxalq Universitetin yaradılmasının nəzərdə tutulduğunu bildirən nazir öz növbəsində Azərbaycanda təhsil müəssisələrinin beynəlxalq standartlara uyğunlaşdırıldığını, universitetlərdə İT üzrə yeni fakültələrin açıldığını vurğulayıb, həmçinin son illər azərbaycanlı gənclərin xarici ölkələrdə texniki ixtisaslar üzrə təhsil almaları üçün geniş imkan yaradıldığını qeyd edib.
Görüş zamanı, İKT-nin tətbiqi ilə bağlı perspektiv barədə söhbət aparılıb.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29