“Nardaranda Tehran rejiminin əməllərinin izi görünür”
“İran Azərbaycanda “xeyriyyəçilik və ehsan vermək” adı altında dövlət əleyhinə təbliğat aparır”
Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbərliyi İranda cərəyan edən son hadisələrlə bağlı növbəti dəfə mətbuat konfransı keçirib. DAK Daimi Şurasının sədri Əjdər Tağızadə Azərbaycan türklərinin prezidentliyə keçmiş namizədlərdən Mirhüseyn Musəvinin və Kərrubini dəstəkləmədiyinə görə qınanıldığını deyərək, bunun düzgün olmadığını vurğulayıb.
Ə.Tağızadə deyib ki, əsas rəqiblərin hər ikisinin (Mahmud Əhmədinejat və Mirhüseyn Musəvi) məqsədi indiki İranı qoruyub saxlamaqdır. Yəni, onların heç birinin prezident seçilməsinin Cənubi Azərbaycandakı soydaşlarımıza bu və ya digər formada xeyri yoxdur.
“Cənubi Azərbaycandakı azərbaycanlılar da sakit qalmayıb. Ancaq indi onlar gözləmə mövqeyindədir. İrandakı rəqiblərin bir-birini qırması oradakı bütün xalqların, o cümlədən Azərbaycan türklərinin xeyrinə olacaq” – deyə, Tağızadə vurğulayıb.
O, DAK-ın gələcəkdə konfrans, simpoziumlar və digər tədbirlər keçirəcəyini, İrandakı vəziyyəti isə daim diqqətdə saxlayacağını deyib.
DAK təmsilçisi İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərinə İran tərəfinin etiraz etməsi məsələsinə də münasibət açıqlayıb. O deyib ki, Azərbaycan suveren ölkədir, bu ölkəyə kimin çağırılıb-çağırılmaması da dövlətin öz işidir.
Ə.Tağızadə İranın Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzinin və İranın Xomneyi adına “İmdad” Xeyriyyə Cəmiyyətinin Azərbaycandakı fəaliyyətindən narahatçılıq və narazılığını bildirib. O deyib ki, İran tərəfi Azərbaycanda “xeyriyyəçilik və ehsan vermək” adı altında ölkə və dövlət əleyhinə təbliğat aparır.
Ə.Tağızadə Azərbaycan İslam Partiyası və Nardaranda aksiya keçirən insanın İranla bağlı olub-olmaması barədə də danışıb.
“Nardaran sakinləri Azərbaycan vətəndaşları və Azərbaycan türkləridir, onlar bizim qardaşlarımızdır. Ancaq hər halda orada Tehran rejiminin əməllərinin izini görürəm”.
Pərvin ABBASOV

1167