ABŞ rəsmisinin Qarabağ ümidi
ABŞ dövlət katibinin köməkçisi Dağlıq Qarabağ münaqişəsinin həllində çox tezliklə tərəqqiyə nail olunacağına ümid edir
“Ümid edirəm ki, çox tezliklə Dağlıq Qarabağ münaqişəsinin həllində tərəqqiyə nail olmaq mümkün olacaq”.
APA-nın məlumatına görə, bu sözləri bu gün Azərbaycana gələn ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon Heydər Əliyev Beynəlxalq Hava Limanında verdiyi açıqlamada bildirib.
Problemin danışıqlar masası ətrafında həlli ediləcəyini düşündüyünü qeyd edən F. Qordon prosesdə tərəqqi müşahidə olunduğunu, diqqətlərini buna yönəltdiklərini və nizamlanmada iştirak etdiklərini vurğulayıb: “Ümumi anlaşma və təməl prinsipləri münaqişənin həlli üçün vacibdir.”
ABŞ rəsmisinin fikrincə, münaqişənin həlli regionda tarixi imkanlar açacaq.
ATƏT-in Minsk Qrupu ölkələrinin sammitinin keçirilməsi ilə bağlı sualı cavablandıran F. Qordon bu məsələdə hələlik qeyri-müəyyənliyin olduğunu bildirib: “Biz tərəflər arasında istənilən kontaktı, dialoqu dəstəkləyirik. Ümidvaram ki, çox tezliklə tərəqqiyə nail olacağıq”.

Oxşar yazılar
Putindən Qərb ölkələrinə “QORXULU XƏBƏRDARLIQ”
16 avqust 2022 , 13:34
“İmam Hüseyn üçün ağlayıb-sızlamaq olduqca anormal haldır” - Rafiq Əliyev
15 avqust 2022 , 16:30
İlham Əliyevdən Qarabağ ermənilərinə MESAJ: "Nə status olacaq, nə də hansısa xüsusi imtiyaz"
12 avqust 2022 , 19:00
Prezident “Qisas” əməliyyatından DANIŞDI
12 avqust 2022 , 17:15
Sosial şəbəkələrdə paylaşım edən daha iki hərbçi ordudan çıxarıldı
12 avqust 2022 , 09:15
Uşaqlıqdan “Hoca” olan, küçədə alver edən, futboldan siyasətə gələn adam - ONU TANI
10 avqust 2022 , 20:15
Azərbaycan və Türkiyə prezidentləri Konyada görüşdü
10 avqust 2022 , 00:48