Gürcüstanla sərhəd məsələsi çözüləcək
10 iyun 2009 12:00 (UTC +04:00)

Gürcüstanla sərhəd məsələsi çözüləcək

Gələn həftə demilitasiya məsələləri üzrə ikitərəfli komissiyanın iclası keçiriləcək

Gələn həftə Tbilisidə Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin demilitasiyası və demarkasiyası üzrə hökumətlərarası komissiyasının iclası keçiriləcək. İyunun 17-18-də keçirilməsi planlaşdırılan iclasda razılaşdırılmamış sərhəd sahələri üzrə müzakirələr aparılacaq.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən Lent.az-a bildiriblər ki, iclasda xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi hökumət komissiyasının üzvləri iştirak edəcək. Danışıqlar zamanı David Qareci monastr kompleksi rayonundakı sahələrin hansı tərəfə məxsus olması da çözüləcək.

Xatırladaq ki, Azərbaycanla Gürcüstan sərhədinin ümumi uzunluğu 480 kilometrdir. İki ölkə arasındakı sərhədin 35-40 faizi hələ razılaşdırılmayıb. Gürcüstanla sərhədlərin demilitasiyası üzrə sonuncu danışıqlar bu ilin aprelində Bakıda keçirilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 930

Oxşar yazılar