Türk general Azərbaycan bayrağını öpdü
12 may 2009 20:40 (UTC +04:00)

Türk general Azərbaycan bayrağını öpdü

Hadisə “TSK Qardaşlıq və Dostluq Günü”ndə baş verib

Türkiyə Silahlı Qüvvələrinin hərbi məktəblərində təhsil alan 27 ölkədən müdavimlərin iştirakı ilə Hərb Akademiyaları Komandanlığında “TSK Qardaşlıq və Dostluq Günü” qeyd olunub. Lent.az-ın məlumatına görə, tədbirin ən maraqlı hissəsini Türkiyənin hərbi məktəblərində oxuyan azərbaycanlı müdavimlər təşkil edib.

Tədbirdə müxtəlif ölkələrdən olan hərbçilər hazırladıqları xalq oyunlarını və bir çox maraqlı səhnələri nümayiş etdiriblər. Azərbaycanlı müdavimlərin təqdim etdikləri alovlu xəncərlərlə rəqs iştirakçılarda böyük maraq doğurub. Sonda azərbaycanlı kursantlar Hərb Akademiyaları komandanı general Həsən Aksaya Azərbaycan və Türkiyənin dövlət bayrağını hədiyyə ediblər. General Aksay bayraqları öpərək təhvil alıb və qonaqlara nümayiş etdirib.

Qeyd edək ki, “TSK Qardaşlıq və Dostluq Günü” Hərb Akademiyaları Komandanlığı tərəfindən Mərmərə və Egey bölgələrindəki təhsil mərkəzlərində oxuyan xarici hərbçilərə öz ölkələrini tanıtmaları məqsədi ilə təşkil olunur.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623

Oxşar yazılar