Qarabağ qaziləri: “Seçki demokratik keçib”
“Qarabağ qaziləri” İctimai Birliyi Azərbaycanda keçirilən 7 noyabr parlament seçkiləri ilə bağlı bəyanat yayıb.
Birlikdən Lent.az-a bildiriblər ki, təşkilatın nümayəndələri seçki keçirilən 9 dairədə - 8 saylı Binəqədi Birinci, 24 saylı Nizami Birinci, 25 saylı Nizami İkinci, 46 saylı Şirvan, 47 saylı Mingəçevir, 49 saylı Yevlax-Mingəçevir, 118-119 saylı Ağdam və 122 saylı Xankəndi seçki dairələrində müşahidəçi qismində iştirak ediblər.
Bəyanatda deyilir: “Biz adı çəkilən 9 seçki dairəsində məntəqələrdə müstəqil səkildə müşahidə aparmışıq. Müşahidəçilərimizin bizə verdiyi məlumatlara əsasən bu dairələrdə seçkilər şəffaf və demokratik şəkildə keçirilib”.
Birliyin rəhbərləri seçki günü ərzində 24 saylı Nizami Birinci, 25 saylı Nizami İkinci dairələrinin məntəqələrini gəzərək hər bir məntəqədə olan müşahidəçilərimizin fəaliyyətini və seçki prosesini izləyib: “Bu dairələrin bütün məntəqələrində bizim müşahidəçilərimiz təmsil olunmuşdur deyə hər iki dairədə reydlər keçirdik. Müşahidəçilərimiz və biz səsvermə prosesində heç bir qanun pozuntusu aşkarlamadıq və normal seçki prosesinin şahidi olduq. Əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə seçki günü elə bir ciddi insident, seçiciyə təzyiq baş verməyib. Seçki proses dinc şəkildə başa çatıb”.

Oxşar yazılar

Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29