Əli Həsənov: “Əlimizdən gələni edirik”
10 noyabr 2010 13:29 (UTC +04:00)

Əli Həsənov: “Əlimizdən gələni edirik”

“Dağlıq Qarabağ məsələsi ilə bağlı MDB İcraiyyə Komitəsinin icraçı katibinin səsləndirdiyi optimist fikirləri biz də paylaşmaq istərdik. Hesab edirik ki, son zamanlar müxtəlif formatlarda keçirilən görüşlər, o cümlədən Rusiya prezidentinin də iştirak etdiyi Həştərxan görüşü sonrakı proseslər üçün müəyyən ümidlər verməkdədir. Əks təqdirdə, Azərbaycan prezidenti də bəyan edib ki, bu görüşlərin effektiv nəticə vermək iqtidarında olmadığını hiss etsə, bu görüşləri dayandıracaq”.

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov MDB İcraiyyə Komitəsinin icraçı katibi Sergey Lebedevin açıqlamasına münasibət bildirərkən deyib.

“Ümid edirik ki, gələcəkdə bu istiqamətdə mövqelərin yaxınlaşdırılması prosesi davam edəcək. Ermənilər, nəhayət, konstruktiv mövqeyə gələcək, Dağlıq Qarabağ problemi beynəlxalq hüquq normaları və qarşılıqlı güzəştlər əsasında həll olunacaq”, - deyə şöbə müdiri vurğulayıb.

Qeyd edək ki, S. Lebedev Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxanda keçirilmiş görüşündə hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsi ilə bağlı razılıq əldə edilməsinin praktiki olaraq mövqelərin yaxınlaşdırılmasında ilk addım olduğunu deyib: “Bunlar kiçik addımlardır, lakin biz onların ardınca digər işlərin görülməsi üçün əlimizdən gələni edirik. İndi işğal olunmuş ərazilərin qaytarılması, Azərbaycanla Naxçıvan və Dağlıq Qarabağla Ermənistan arasında dəhlizin yaradılması məsələlərini müzakirə edirik”.
# 505

Oxşar yazılar