ATƏT, AŞPA və Avropa Parlamentinin missiyaları seçkilərlə bağlı rəylərini açıqlayıb
08 noyabr 2010 16:45 (UTC +04:00)

ATƏT, AŞPA və Avropa Parlamentinin missiyaları seçkilərlə bağlı rəylərini açıqlayıb

APA-nın xəbərinə görə, bu sözləri ATƏT-in, ATƏT Parlament Assambleyasının və Avropa Parlamentinin Azərbaycanda seçkiləri müşahidə etmiş missiyalarının birgə mətbuat konfransında ATƏT-in qısamüddətli missiyasının rəhbəri Volfhanq Qrossruk deyib. O bildirib ki, bir sıra seçki məntəqələrində səsvermə prosesində problemlər qeydə alınsa da, lakin müsbət məqamlar kimi seçkinin dinc atmosferdə keçməsi, bütün siyasi partiyaların prosesdə iştirakını, MSK-nın iclaslarının açıq olmasını, namizədlərə 4 dəqiqəlik efir vaxtının verilməsini və milli azlıqların da prosesdə təmsil olunmasını göstərmək olar.

Neqativ aspektlər kimi V. Qrossruk hakim partiyanın prosesdə dominantlıq etməsini, elektron KİV-də balansın olmamasını, seçki kampaniyasında təbliğat-təşviqat dövrünün qısaldılmasını qeyd edib.

AŞPA müşahidə missiyasının rəhbəri Pol Ville də V. Qrossrukla razılaşaraq seçkilərin dinc atmosferdə keçdiyini söyləsə də, bir sıra çatışmazlıqlara diqqət çəkib və siyasi debatların olmamasını misal kimi göstərib.

Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Anneli Jaattenmak bildirib ki, seçki texniki cəhətdən yaxşı təşkil olunub: “Lakin təəssüf ki, müstəqil ekspertlərdən seçkilərin gedişi ilə bağlı tənqidi məqamlar eşitdik”.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidə missiyasının rəhbəri Odri Qlover seçkidə ikili standartların yolverilməzliyini vurğulayaraq deyib ki, əsas seçki dəyərləri insanların səsvermə hüququ, namizədlərin KİV-də eyni dərəcədə çıxış etmək imkanı, KİV-in müstəqilliyi və sərbəst toplaşmaq azadlığıdır. O, MSK-nın prosesdə rolunu müsbət qiymətləndirib, lakin namizədlərin qeydiyyatı prosesində pozuntuların olduğunu söyləyib.

Qlover ölkənin iqtisadi cəhətdən inkişafının müsbət olduğunu bildirib və bu cür inkişafı demokratiya sahəsində də göstərmək üçün çağırış edib.
# 500

Oxşar yazılar