Azərbaycanda daha bir erməni əsiri saxlanılır
Bu barədə APA-ya qurumun Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. Onun sözlərinə görə, görüş noyabrın 5-də baş tutub. BQXK nümayəndələri Azərbaycanda saxlanılan 6 hərbi əsir və 6 mülki şəxsə baş çəkib, onların saxlanma şəraiti və fiziki durumu ilə maraqlanıblar.
Qeyd edək ki, Azərbaycanda saxlanılan 6 mülki şəxsdən 5-i bir ailənin üzvüdür. Digər mülki şəxsin adı isə hələlik açıqlanmır. Onun nə vaxt və hansı şəraitdə Azərbaycan tərəfə keçməsi də məlum deyil.
Xatırladaq ki, hazırda Azərbaycanda 6 hərbi əsir və 6 mülki Ermənistan vətəndaşı saxlanılır. Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar bu ilin yanvarında Azərbaycan tərəfə keçiblər. Əsirlərdən 3-ü (Qrant Markosyan, Alik Tevosyan və Artur Sarkisyan) 2009-cu ilin fevralında, 2-si (Ohan Arutunyan və Gevorq Tovmasyan) 2009-cu ilin mayında, 1-i (Karen Arutunyan) isə həmin ilin iyulunda Azərbaycan tərəfə keçib.

Oxşar yazılar

Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29