Nazim Məmmədov deputatlığa namizədliyini geri götürüb
06 noyabr 2010 11:29 (UTC +04:00)

Nazim Məmmədov deputatlığa namizədliyini geri götürüb

Bu barədə APA-ya açıqlamasında N. Məmmədov özü məlumat verib. Onun sözlərinə görə, ötən axşam namizədliyinin ləğvi ilə bağlı Dairə Seçki Komissiyasına müraciət edib.

Bu addımı atmasında məqsədinin YAP-a veriləcək səslərin parçalanmasının qarşısını almaq olduğunu qeyd edən N. Məmmədov düzgün seçim etdiyini bildirib: “Ötən axşam seçki qərargahım toplaşdı və hər şeyi götür-qoy etdik. Məlum oldu ki, mənim sözügedən dairədə qalmağım YAP-ın vahid namizədinin səslərini parçalamağa xidmət edə bilər. Bunu nəzərə alaraq namizədliyini geri götürməyə qərar verdim”.

Qeyd edək ki, YAP həmin dairədən Rafiq Məmmədhəsənovun namizədliyini irəli sürüb.
# 1230

Oxşar yazılar