İki şəhidimizin nəşinin qaytarılması üçün danışıqlar başlayıb
04 noyabr 2010 18:46 (UTC +04:00)

İki şəhidimizin nəşinin qaytarılması üçün danışıqlar başlayıb

APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu komitənin Şərqi Avropa və Mərkəzi Asiyada operativ fəaliyyəti üzrə idarəsinin rəhbəri Paskal Mej Vaqner deyib. O, Azərbaycan və Ermənistan prezidentləri arasında hərbi əsirlərin və həlak olanların cəsədlərinin mübadiləsi ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayıb: “Biz neytral vasitəçi olan təşkilatımızın insanların öz vətəninə qayıdışı prosesinə bağlılığını təsdiqləyirik. Lakin qeyd etmək vacibdir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi azad edilən hərbi əsirləri yalnız o halda öz vətənlərinə qaytarır ki, onların vətənə öz iradələri ilə dönmək istədiklərinə əmin olsun”.

Manvel Sarıbekyanın meyitinin Ermənistan tərəfindən təhvil alınması prosesində iştirak edən Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi Melani Vonrospax isə əsirlikdə olan, itkin düşən və həlak olmuş şəxslərin ailələri ilə daimi əlaqədə olduqlarını və onların acısını bölüşdüklərini bildirib.

Hazırda komitə digər əsirlərin və həlak olanların, o cümlədən ötən həftələrdə təmas xəttində şəhid olmuş 2 Azərbaycan hərbçisinin cəsədlərinin ailələrinə qaytarılması ilə bağlı danışıqlarda iştirak edir. Qeyd edək ki, söhbət Mübariz İbrahimov və Fərid Əhmədovun nəşinin qaytarılmasından gedir.
# 499

Oxşar yazılar