AŞ PA Ermənistanı cəsədləri qaytarmağa çağırdı
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, AŞ PA bununla bağlı sənəd qəbul edib.
Yazılı müraciət “Azərbaycan hərbçilərinin meyitinin qaytarılmasının vacibliyi haqqında” adlanır. Sənədi Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva hazırlayıb. Sənəddə qeyd olunur ki, iyunun 18-də Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozub və Azərbaycan mövqelərinə hücum çəkib. Hücum zamanı Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov öldürülüb. Erməni tərəfi onun meyitini götürüb və qaytarmaqdan imtina edib. Bir neçə gün sonra isə internetdə Mübariz İbrahimovun meyitinin şəkilləri yayılıb. O vaxtdan Qırmızı Xaç Komitəsinin səylərinə baxmayaraq, Mübariz İbrahimovun meyiti qaytarılmır.
Sənəddə daha sonra bildirilir ki, sentyabrın 4-də də Azərbaycanın işğal olunmuş ərazilərində hücum çəkən Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin zabiti Fərid Əhmədovu öldürüblər və onun da meyiti indiyə qədər qaytarılmır.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29