Qiymətləndirici missiya İrəvana yol düşdü
ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ ətrafındakı ərazilərdə qiymətləndirici missiyasının üzvləri, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Robert Bradtke və Bernar Fasye bu gün bakıdan İrəvana yola düşüblər. Lent.az-ın məlumatına görə, Ermənistan rəsmiləri ilə görüşdən sonra nümayəndə heyəti Xankəndinə gedəcək.
Fransalı həmsədr Bernar Fasye jurnalistlərə açıqlamasında bildirib ki, missiyanın rayonlara növbəli səfərləri və hərəkət marşrutu məhz Xankəndində müəyyənləşdiriləcək. Onun sözlərinə görə, hər şey nəzərdə tutulmuş qaydada gedərsə və hava şəraiti imkan verərsə missiya öz fəaliyyətini oktyabrın 13-də yekunlaşdıracaq.
“Regiona səfərimiz davam edir. Bu axşam danışıqları İrəvanda Ermənistan xarici işlər naziri və prezidenti ilə də davam etdirəcəyik. Oktyabrın 7-də səhər tezdən isə Dağlıq Qarabağa gedəcəyik. Bununla da faktaraşdırıcı missiya fəaliyyətə başlayacaq. Bir həftə ərzində Dağlıq Qarabağ ətrafındakı bütün yaşayış məntəqələri və rayonlarda olacağıq”, - deyə Fasye bildirib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29