Sürpriz görüş
Bu gün Türkiyə Əmlakçılar və Sənayeçilər Qurumunun toplantısından əvvəl sürpriz bir görüş olub.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, baş nazir Rəcəb Tayyib Ərdoğan ikinci mərtəbəyə çıxıb. Baş nazirin yanında sənaye naziri Nihad Ergün, kənd təsərrüfatı naziri Mehdi Əkər, Avropa Birliyi üzrə baş müzakirəçi Egemen Bağış olub.
10 dəqiqə sonra isə toplantının keçiriləcəyi otelə CHP sədri Kamal Kılıcdaroğlu gəlib və o da Rəcəb Tayyib Ərdoğanın yanına qalxıb. Ana müxalifət partiyasının sədrinin yanında partiya rəhbərliyində yer alan Faik Öztrak, Akif Hamzaçebi və Umut Oran olub.
Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıcdaroğlunun görüşü 10 dəqiqə çəkib. Daha sonra hər iki lider birlikdə toplantının keçiriləcəyi salona daxil olub.
Qeyd edək ki, Konstitusiyaya düzəlişlərlə bağlı keçirilən referendumdan əvvəl aparılan kampaniya zamanı Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində yeni Konstitusiyanın hazırlanmasını parlament seçkilərindən sonraya saxlanılmamasını istəyən Kamal Kılıcdaroğlunun səmimiyyətinə inanmadığını söyləyib. Kamal Kılıcdaroğlu isə baş nazirdən onun səmimiyyətinə nə üçün inanmadığını millətə anlatmasını istəyib.

Oxşar yazılar

Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48