Umud Rəhimoğlu BMT-nin zirvə toplantısı çərçivəsində tədbirlərdə iştirak edib
Xəbər verildiyi kimi, Nyu-Yorkda BMT Baş Assambleyasının 65-ci sammiti keçirilib. BMT-nin Baş Qərargahında keçirilən sammitin yüksək səviyyəli zirvə toplantısına 60-a yaxın ölkə rəhbəri, o cümlədən qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri qatılıb. Bu barədə Lent.az-a Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, üzv dövlətləri dövlət başçılarının təmsil etdiyi sammit 2015-ci ildə Minilliyin İnkişaf Məqsədinə nail olmaq üçün əsas imkanların, fikirlərin bölüşdürülməsinin və kollektiv fəaliyyət göstərmənin yollarını müəyyənləşdirən toplantı olub. “Sammitdə kasıbçılıq, aclıq və gender bərabərliyi, səhiyyə və təhsil məsələləri, dayanıqlı inkişafa dəstək, təxirəsalınmaz məsələlərə müraciət və mümkün yanaşma, zəif qrupların əsas ehtiyaclarına diqqət yetirmək, tərəfdaşlığı genişləndirmək və gücləndirmək məsələləri ətrafında müzakirələr aparılıb” - deyə U.Rəhimoğlu bildirib.
BAMF-sədri sammit çərçivəsində təşkil olunan “Dayanıqlı inkişafa dəstək” və “Tərəfdaşlığı genişləndirmək və gücləndirmək” adlı dəyirmi masalarda iştirak edib.
Xatırladaq ki, BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) ilə sıx əlaqədə olan qeyri-hökumət təşkilatlarından biri kimi zirvə toplantısına BAMF sədri ilə yanaşı qurumun departament rəhbəri İfeanyichukvu Nvolisa da dəvət alıb.
ECOSOC-un xüsusi məşvərətçi statuslu üzvü olan BAMF təmsilçilərinin ABŞ Dövlət Departamentində və ABŞ-da yerləşən bir çox vətəndaşı cəmiyyəti təşkilatları ilə görüşü planlaşdırılır.

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53