Rene van der Linden Milli Məclisin spikeri Oqtay Əsədovla görüşüb
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Senat sədri parlamentdə Heydər Əliyev Xatirə zalında eksponatlarla tanış olub, Xatirə kitabına ürək sözlərini yazıb. Milli Məclisin yeni inşa olunmuş inzibati binasını gəzən Niderland Senatının sədri burada deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirib.
Sonra Milli Məclisin Sədri Oqtay Əsədovla görüş keçirilib. Görüşdə Oqtay Əsədov bildirib ki, Rene van der Lindenin Niderland Senatının sədri kimi Azərbaycana ilk səfəri parlamentlərarası əlaqələrin inkişafına yeni impuls verəcək. Rene van der Lindenin AŞ PA sədri olduğu dövrdə Cənubi Qafqazda, xüsusən, Dağlıq Qarabağ ətrafında baş verən hadisələrlə bağlı həqiqətləri söyləməkdən heç vaxt çəkinmədiyini söyləyən spiker bildirib ki, onun təşəbbüsü ilə Niderland Senatında Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupu yaradılıb və o özü bu qrupun rəhbəri seçilib.
Rene van der Linden isə Niderlandın Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib. O bildirib ki, qlobal maliyyə böhranına baxmayaraq Niderlandın Azərbaycanda səfirliyini açması buna əyani sübutdur: «Bu səfərimizin əsas məqsədi də siyasi, iqtisadi və digər sahələrdə, xüsusən də parlamentlərarası əlaqələrin inkişafına dair fikir mabadiləsi aparmaqdır».
Görüşdə ikitərəıfli əlaqələrin inkişaf perspektivləri, beynəlxalq təşkilatlarda ümumi maraq kəsb edən məsələlərdə eyni mövqedən çıxış etmək, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübailəsi aparılıb.

Oxşar yazılar

Azərbaycan ərazisinə keçən iki erməni ölkəsinə qaytarıldı
6 iyun 2025 , 22:27
Pezeşkian İlham Əliyevə zəng etdi
4 iyun 2025 , 22:07
Suriyadan Azərbaycana daha 13 nəfər gətirildi
4 iyun 2025 , 17:08
"Hörümçək toru" əməliyyatından sonra Kreml nəyi gizlədir? – Detallar AÇIQLANIR
4 iyun 2025 , 12:34
Jurnalistlərin şəhid olmasından 4 il ötür
4 iyun 2025 , 10:33
Paşinyanın İrəvandakı mənzili 110 min dollara satıldı
4 iyun 2025 , 10:30
Azərbaycan və Ermənistan tərəfi itkinlərlə bağlı görüş keçirdi
4 iyun 2025 , 10:04