Dəniz Baykal: “Ərdoğan bu gün var, sabah yox”
28 aprel 2009 15:00 (UTC +04:00)

Dəniz Baykal: “Ərdoğan bu gün var, sabah yox”

CHP lideri Azərbaycandan üzr istəyib
“Avropa Birliyi ilə münasibətlərimizin gəldiyi nöqtəni gördük, Ermənistanla münasibətlərimizin gəldiyi nöqtəni gördük. İndi sizə “Kiprə diqqət” deyirəm”.

Lent.az-ın xəbərinə görə, bu sözləri Türkiyədəki müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Dəniz Baykal partiyasının parlament fraksiyasının toplantısında deyib. Baykal Kİpr, Türkiyənin Avropa Birliyinə daxil olması, bu məsələdə Fransanın onları dəstəkləməməsi, ölkə baş nazirinin Rasmussenin NATO-nun Baş katibi olmasına səs verməsi mövzularında çıxış edərək hakimiyyətdə olan AKP-ni sərt tənqid edib: “AKP iqtidarı nə zaman masaya otursa, masadan qalxarkən cibi boşalır. Təəssüf ki, itirən həmişə Türkiyə olur. Ermənistanla münasibətlərdən nə qazandıq? Obamanın danışığını (“erməni soyqırımı” ilə bağlı çıxış nəzərdə tutulur – red.) qazandıq, “böyük fəlakəti” qazandıq, “soyqırım”ın dünyaya yenidən qəbul edilməsini qazandıq”.

Baykal daha sonra deyib: “Azərbaycanlılar bilsin ki, Tayyib Ərdoğan bu gün var, sabah yoxdur, yəni müvəqqətidir. Amma Türkiyə ilə Azərbaycan dostluğu əbədidir. Bu dostluq bu bölgənin ən təməl dostluğudur. Əbədi var olacaq. Bu günlərin keçəcəyi nəzərə alınmalıdır. Mən uzun müddətdir deyirəm ki, prezident Azərbaycana getsin. Orta Asiya ölkələrinə göstərdiyimiz ilgini niyə onlardan əsirgəyirik?


Bu addımlar Ermənistanla münasibətlərimizi düzəltməyib, “soyqırım” nöqtəsində dünyanın Türkiyəyə baxışı düzəlmədən Azərbaycanla münasibətlərimiz pozulub. Azərbaycanın təpkisini normal qarşılamaq lazımdır. Baş nazir bu təpkinin ortaya çıxmasına da əsəbiləşib. İttihamedici şəkildə “fitnəçi” dedi. Bura gələrək böyük səmimiyyətlə Türkiyə və Azərbaycanın dost qalması üçün səylər göstərən Azərbaycan millət vəkillərinə “fitnəçi” demək Türkiyənin baş nazirinə yaraşmaz. Mən Azərbaycandan baş nazirin bu sözünə görə üzr istəyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 911

Oxşar yazılar