ANS MTRŞ-ya şikayət etdi
28 aprel 2009 11:00 (UTC +04:00)

ANS MTRŞ-ya şikayət etdi

Nuşirəvan Məhərrəmli jurnalistlərin mühafizə zolaqlarına daxil olarkən diqqətli olmağa çağırıb

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bu gün ANS telekanalının rəhbərliyini qəbul edib. Görüşdə televiziyanın əməkdaşlarının Yasamal rayonu ərazisində Murtuza Muxtarov 190 ünvanında çəkiliş apararkən təzyiqlərlə üzləşməsi ilə bağlı müzakirələr aparıb.

Şuradan Lent.az-a bildiriblər ki, Nuşirəvan Məhərrəmli bəzi hallarda jurnalistlərin qanunvericiliyin tələblərinə əməl etmədən mühafizə zolaqlarına daxil olmasını arzuolunmaz hallara gətirib çıxardığını deyib. O, ANS rəhbərliyinə xatırladıb ki, jurnalistlərin belə məsələlərdə diqqətli olmalıdır.

Xatırladaq ki, aprelin 27-nə keçən gecə ANS TV-nin əməkdaşları Yasamal rayonu ərazisində Murtuza Muxtarov 190 ünvanında "Məhəmməd Peyğəmbər məscidi" adlanan məscidin söküntüsü ilə bağlı çəkiliş apararkən zorakılığa məruz qalıb. Belə ki, müxbir Nicat Süleymanov müsahibə almaq məqsədi ilə Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev və həmin rayonun Polis İdarəsinin rəisi Möhübbət Hüseynova yaxınlaşıb. Başçı və rəis məlumat verməkdən imtina ediblər. Polis rəisi Möhübbət Hüseynov isə tabeçiliyində olan polis əməkdaşlarına çəkiliş qrupundan kamera və kasetin əllərindən alınması əmrini verib. Bu tələbin qeyri-qanuni olduğunu bildirərək onu yerinə yetirməkdən imtina edən əməkdaşlar polislərin yumruq və təpiklərinə tuş gəliblər. Bundan başqa, çəkiliş qrupunun kamera və kasetləri də müsadirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1026

Oxşar yazılar