1 May qeyri-iş günü olmadı
28 aprel 2009 10:00 (UTC +04:00)

1 May qeyri-iş günü olmadı

Bu gün Milli Məclisin Sosial siyasət komitəsində “1 mayın qeyri-iş günü elan edilməsi və işçi bayramı hesab olunması haqqında” qanun layihəsi müzakirə edilib.

Komitə sədri Hadı Rəcəbli APA-ya bildirib ki, deputat Pənah Hüseyn tərəfindən təqdim edilən qanun layihəsi qəbul edilməyib: “Bu məsələnin həyata keçməsi hazırda real deyil. Bəlkə də bir neçə ildən sonra buna qayıtmaq olar”.

H. Rəcəbli hazırda Azərbaycanda 13 bayram, 1 ümumxalq hüzn gününün qeyr-iş günü hesab edildiyini, bunun hesabına insanların il ərində 17 gün işləmədiyini deyib: “Hazırda Azərbaycanda bir günün əmək haqqı fondu 15 milyon manatdır. Bu məbləğin 8 milyon manatı özəl sektorda, 7 milyon manatı isə büdcə təşkilatlarında işləyən insanlara ödənir. İnsanlara işləmədikləri daha bir gün üçün 10 milyon manat vəsaitin ödənməsi nə dərəcədə düzgün olar? Burada söhbət, əsasən özəl sektorun maraqlarını qorumaqdan gedir. Digər tərəfdən, may ayında artıq iki bayram rəsmi səviyyədə qeyd olunur və qeyri-iş günləridir”.

Qeyd edək ki, 1 May - Zəhmətkeşlərin Həmrəyliyi Günü bu ildən Türkiyədə rəsmi bayram sayılaraq, qeyri-iş günü elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 814

Oxşar yazılar