Mirşahin: “İndi Ərdoğan ana söyüşü söyməli deyil ki!”
14 aprel 2009 14:00 (UTC +04:00)

Mirşahin: “İndi Ərdoğan ana söyüşü söyməli deyil ki!”

Azərbaycan KİV rəhbərlərinin Qarsa səfəri ləğv olunub

Azərbaycanın bir sıra KİV rəhbərlərindən ibarət nümayəndə heyətinin Türkiyənin Qars şəhərinə səfəri ləğv olunub. Bu barədə Lent.az-a səfərin təşkilatçısı olan ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev məlumat verib. O, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Ermənistanla sərhədinin açılacağına dair yayılan xəbərləri təkzib etməsini xatırladıb: “İndi Rəcəb Tayyib Ərdoğan ana söyüşü söyməli deyil ki!... Ancaq səfər ona görə təxirə salındı ki, Qars tərəfi imkan vermədi. Biz də ona görə getmədik. Səfərə Türkiyə baş nazirinin bəyanatına qədər ehtiyac vardı. Ərdoğan məzuniyyətini yarımçıq kəsib, bu bəyanatı verdi. Ancaq biz səfəri ondan asılı olmayaraq təxirə saldıq. Ona görə ki, Qars tərəfi bizə imkan vermədi. Dedilər ki, onların sərhəd və gömrük məsələlərilə bağlı problemləri var. Yəni, sərhədçiləri və gömrükçüləri yoxdur. Bu barədə bizə “AZAL”dan bildirdilər. Biz də təbii ki, getmədik, çünki uçub yarıyoldan qayıtmaq niyyətində deyildik. Sonrakı gün də Rəcəb Tayyib Ərdoğanın fikrilə tanış olduq. Fikirləşdik ki, bir tərəfdən Qars bunu özü istəmirsə, bir tərəfdən də belə bir bəyanat varsa, buradan əziyyət çəkib ora getməyə dəyməz”.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 769

Oxşar yazılar