Abdulla Gül: “2009 Qarabağ münaqişəsinin həlli üçün fürsət ilidir”
“Hazırda Qafqazın ən böyük problemi Dağlıq Qarabağ münaqişəsidir”
“Hazırda Qafqazın ən böyük problemi Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsidir. Qafqazda vəziyyətin dəyişməsi üçün bu problemin həll olunmasını arzu edirik”.
Lent.az-ın məlumatına görə, bunu “Financial Times”a müsahibəsində Türkiyə prezidenti Abdulla Gül deyib. Abdulla Gül Ermənistanla əlaqələrin normallaşdırılmasına dair aparılan danışıq və müzakirələrlə bağlı sualın cavabında özünün Ermənistana səfərinin önəmli olduğunu vurğulayıb: “Bu, tarixi səfərdir. Ermənistana səfərim bu müzakirələri sürətləndirib. O vaxtdan telefon danışıqları və digər görüşlər vasitəsilə əlaqələrin normallaşdırılmasına dair qarşılıqlı müəyyən razılığa gəlinib”.
Prezident Gürcüstanda ötən il yayda baş verən hadisələrdən sonra ortaya çıxan Qafqaz Sabitlik və Əməkdaşlıq Paktı təklifini xatırladıb: “Qafqazdakı problemləri həll olunması üçün böyük səylər göstəririk. Regionun ən böyük problemi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır. 2009-un münaqişənin həlli üçün fürsət ili olacağına inanıram”.
Abdulla Gül Minsk Qrupunun daha aktiv fəaliyyət göstərməsini də istəyib.

Oxşar yazılar

Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
6 may 2025 , 19:37
Bəzi partiyaların maliyyə yardımı dayandırıldı - AÇIQLAMA
6 may 2025 , 17:49
Ramzan Kadırov vəzifədən gedir
6 may 2025 , 17:01
Azər Badamov Moskvada saxlanılmasından DANIŞDI - MÜSAHİBƏ
6 may 2025 , 16:36
Kremldən erməni diasporuna ötürülən mesaj - APA ŞOK SƏNƏDLƏRİ YAYDI
6 may 2025 , 14:53
Azərbaycanın müraciətləri cavabsız qalıb - Rusiya təyyarə qəzasının sirrini açmaq istəmir
6 may 2025 , 13:13
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda fəaliyyətini dayandırır
6 may 2025 , 11:41