“Sərhədlər açılsa, Türkiyə ayağa qalxar”
“Türkiyənin Ermənistanla sərhədlərin açılacağına inanmıram. Çünki türk milləti olaraq, biz Qarabağ problemi çözülmədən Ermənistan sərhədinin açılmasına qarşıyıq”.
Bunu APA-ya açıqlamasında “AZFEN” Birgə Müəssisəsinin rəhbəri Bataçar Baysal deyib. Onun sözlərinə görə, bu gün Türkiyədəki bütün siyasi qüvvələr - CHP, MHP, digər partiyalar, hətta AKP-nin də bir qismi sərhədlərin açılması ideyasını dəstəkləmir. Bunu əsas gətirən B. Baysal sərhədlərin açılmasını mümkünsüz sayır: “Türkiyə ayağa qalxar”.
Sərhədlərin açılacağı halda Türkiyə ilə Azərbaycanın iqtisadi əlaqələrində problemin yaranıb-yaranmayacağı barədə sualı cavablandıran B. Baysal sərhədin açılacağına inanmadığı üçün ölkələr arasında problem gözləmədiyini də qeyd edib: “Digər tərəfdən, bu dövlətlər, sadəcə, iqtisadi baxımdan bir-birinə bağlı deyil. İki qardaş ölkə arasında mübahisəli məsələlər də ola bilər, amma o qapı açılmaz. Açılmağa çalışılsa belə, mütləq Türkiyə tərəfi həm Barak Obama, həm də Ermənistan qarşısında Qarabağla bağlı şərt qoyub. Bunun xaricində heç nə ola bilməz”.
B. Baysal iqtisadi münasibətlər baxımından və əlverişli bazar olaraq da Ermənistanın Azərbaycanı əvəz edə bilməyəcəyini vurğulayıb: “Ermənistanın heç nəyi yoxdur. Ermənistan özü-özünü dolandıran ölkə olsaydı, onda nə üçün sərhəd qapısının açılmasını istəyir? Ermənilərin Türkiyəyə ehtiyacı olmasaydı, sərhədlərin açılması üçün Amerikaya yalvarmazdı. Sərhədlərin açılmasının yalnız Ermənistana xeyri ola bilər, bunun Türkiyəyə heç bir faydası yoxdur. Ermənistan müstəqil olsa, Türkiyə və Azərbaycana yaxınlaşar. Lakin bəzi ölkələr İrəvana təsir göstərir, onu müəyyən məsələlərə məcbur edir. Bu ölkələr Ermənistanın işinə qarışmasa, üç dövlət öz arasında analaşa bilər”.

Oxşar yazılar

Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
6 may 2025 , 19:37
Bəzi partiyaların maliyyə yardımı dayandırıldı - AÇIQLAMA
6 may 2025 , 17:49
Ramzan Kadırov vəzifədən gedir
6 may 2025 , 17:01
Azər Badamov Moskvada saxlanılmasından DANIŞDI - MÜSAHİBƏ
6 may 2025 , 16:36
Kremldən erməni diasporuna ötürülən mesaj - APA ŞOK SƏNƏDLƏRİ YAYDI
6 may 2025 , 14:53
Azərbaycanın müraciətləri cavabsız qalıb - Rusiya təyyarə qəzasının sirrini açmaq istəmir
6 may 2025 , 13:13
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda fəaliyyətini dayandırır
6 may 2025 , 11:41