Avropa Azərbaycanlılar Konqresinin III qurultayı keçiriləcək
Qurultayda rəhbər orqanların yeni tərkibi seçiləcək
Aprelin 14-də Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) III Qurultayı keçiriləcək. Bu barədə Lent.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
Qurultayda Konqresin prezidenti Natiq Ağamirovun ötən müddət ərzində Avropada yaşayan soydaşlarımızın təşkilatlanması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər sahələrdə görülmüş işləri barədə hesabat məruzəsi dinləniləcək. 2007-ci ildə hazırlanmış və 2008-ci ildə İcraiyyə Komitəsinin iclasında təsdiq edilmiş “Avropa Azərbaycanlıları Konqresinin 2007-2009-cu illər ərzində” Fəaliyyət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı müzakirələr aparılacaq və Avropadakı Azərbaycan icmalarının fəallığının artırılmasını təmin etmək və AAK-ın fəaliyyətini daha da gücləndirmək məqsədilə müxtəlif təkliflərə baxılacaq. Qurultayda Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin müsbət təcrübəsini nəzərə alaraq digər Avropa ölkələrində də AAK-a üzv təşkilatların fəaliyyətini əlaqələndirən koordinasiya mərkəzlərinin təşkili məsələsinə baxılacaq. Toplantıda eyni zamanda Konqresə yeni diaspor təşkilatları da üzv qəbul ediləcək.
Tədbirdə Avropa ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və fəalları, Azərbaycanın təmsil edən rəsmi şəxslər, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və digər qonaqlar iştirak edəcəklər. Sonda yekun sənəd olaraq qurultayın qətnaməsi qəbul ediləcək.
Xatırladaq ki, Avropa Azərbaycanlıları Konqresi 2004-cü il aprelin 17-də Berlində keçirilən toplantıda təsis edilib. AAK-ın gündəmində azərbaycanlı iş adamları arasında əlaqələrin qurulması istiqamətində tədbirlərin həyata keçirilməsi, bu məqsədlə Avropada yaşayan azərbaycanlı iş adamlarının forumunu təşkili, Avropada yaşayan və təhsil alan azərbaycanlı gənclərlə əlaqələrin qurulması, onlara maddi-mənəvi dəstək verilməsi, diaspor quruculuğu işinə cəlb edilməsi istiqamətində tədbirlər görülməsi kimi mühüm məsələlər var.
40-dan çox diaspor təşkilatının təmsil olunduğu Avropa Azərbaycanlıları Konqresinin ilk sədri Bahəddin Qaya olub. II Qurultayda isə Ümumrusiya Azərbaycan Konqresinin və Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti vəzifəsini tutan Natiq Ağamirov qurumun prezidenti seçilib. Konqresin 27 nəfərdən ibarət İcraiyyə Komitəsi, regionlar üzrə birinci vitse-prezidentləri, vitse-prezidentləri fəaliyyət göstərir.
III Qurultayda təşkilati məsələlərə də baxılacaq, AAK-ın rəhbər orqanlarının yeni tərkibi seçiləcək.
Pərvin ABBASOV

1206