Brayza ermənilərin işğal edilmiş 7 rayondan çıxmasına çalışır
ABŞ-ın Brukinq İnstitutunun Türkiyə layihəsinin direktoru Ömər Taşpınarın APA-nın ABŞ bürosuna müsahibəsi
- Hazırda Türkiyə Ermənistanla danışıqlar aparır. Bu danışıqlarda Azərbaycanın da mövqeyi nəzərə alınırmı? Ermənistanla sərhədlərin açılması müqabilində Türkiyə Azərbaycana nə təklif edə bilər?
- Hesab edirəm ki, Türkiyə regionda geniş siyasi oyun aparmalıdır. Minsk Qrupu indi iflic vəziyyətindədir. Lakin bilirəm ki, Metyu Brayza erməniləri hərbi qüvvələrinin bir hissəsini Dağlıq Qarabağ ətrafındakı 7 rayondan çıxarmağa inandırmağa çalışır. Əgər bu simvolik geriçəkilmə baş tutsa, Türkiyə üçün sərhədin açılması daha rahat olacaq. Bilirsiniz ki, Türkiyədə ciddi Azərbaycan lobbisi var. Sıravi insanlar da Azərbaycana görə narahatdır. Türkiyə hökuməti də Ermənistanla bağlı siyasətində Azərbaycanı nəzərə alır. Ən yaxşı variant odur ki, ermənilər bəzi qoşunlarını işğal olunmuş 7 rayondan çıxarır, Türkiyə isə bundan sonra sərhədi aça bilər. Bundan sonra isə prezident Obamanın xüsusi elçisi təyin olunmaqla Minsk Qrupunun fəaliyyətinə ciddi təkan verilə bilər. Zənnimcə, bu, problemi həll etmək üçün ən yaxşı yoldur. Ermənistan heç bir addım atmadığı halda Türkiyə sərhədləri açarsa, bu, Azərbaycanla münasibətlərə mənfi təsir göstərəcək. Bildiyimə görə, Azərbaycan da bu məsələdən kifayət qədər narahatdır.
- “The Wall Street Journal” yazıb ki, aprelin 16-da Türkiyə ilə Ermənistan arasında müəyyən bir sənəd imzalanacaq. Sizdə bu barədə hər hansı məlumat varmı?
- Səmimi deyim ki, konkret bu məsələdən məlumatsızam. Hesab edirəm ki, Türkiyə tez və ya gec sərhədləri açacaq. Lakin əvəzində Ermənistandan nə isə əldə etməlidir. Söhbət təkcə 1915-ci il hadisələri ilə bağlı birgə komissiyanın yaradılması və digər məsələlərdən getmir. Qarabağ münaqişəndə də irəliləyiş müşahidə olunmalıdır.
- Aprelin 24-nə az qalır…
- Bəli, vaxt tükənir. İki həftə ərzində - aprelin 24-nə qədər nəsə baş verəcək. Ümid edək ki, Metyu Brayza erməniləri inandırmağa müvəffəq olacaq. Serj Sarkisyan bir çox məsələdə türklərlə əməkdaşlığa razılıq verib. Bu isə onun parlamentdə oturan daşnaklarla münasibətlərini korlaya bilər. Bu məsələdə çoxlu məqamlar var.
- Dövlət Departamentində Daniel Fridi əvəz edəcək Filip Qordon sizinlə bərabər uzun müddət Brukinq İnstitutunda çalışıb. Siz birlikdə “Türkiyəni qazanaq” adlı kitab yazmışınız. Cənab Qordonun Azərbaycan haqqında bilikləri nə səviyyədədir?
- O, Türkiyəni Azərbaycandan daha yaxşı tanıyır. Lakin Minsk Qrupu çərçivəsində davam edən danışıqlar haqqında ümumi məlumata malikdir. F. Qordon çox ciddi və balanslı təhlilçidir. Bu, son nəticədə Türkiyə-Azərbaycan-Ermənistan, eyni zamanda Türkiyə- ABŞ yaxınlaşmasına xidmət edəcək.

1381