“Müxalifətin proseslərə təsir etmək imkanı sıfırdır” - MÜSAHİBƏ
- Azərbaycanda referendumdan sonrakı siyasi vəziyyəti necə dəyərləndirirsiniz?
- Dünya ailəsinin bir üzvü kimi qlobal proseslər bizim ölkəyə də təsir edir və maliyyə, demokratik, ekoloji böhranlar Azərbaycandan yan keçmir. Biz hələ xeyli əvvəl təklif etmişdik ki, iqtidarla birgə böhran qrupu yaradaq və problemləri bir yerdə həll edək. Təəssüf ki, iqtidar bizim bu təklifimizi reaksiya vermədi. Azərbaycanın daxilində demokratikləşmə, iqtisadiyyat, ekologiya ilə bağlı problemlər böyük təhlükə yaradır. Məsələn, Pirquluda dağın başında villalar tikilib, bir neçə min ağacı kəsilərək, ora yol çəkilib.
Azərbaycanda təbii ekoloji sistem kobud surətdə pozulub. Bütünlükdə isə Azərbaycan xalqının özündə də apotik vəziyyət var və bu xalqın mentaliteti ilə bağlıdır. Bizim xalqda belə bir təsəvvür yaranıb ki, onun hüquqlarını kimlərsə qorumalıdır. Heç kəs düşünmür ki, hüquq şəxsi qorunmaq üçündür. Əgər kimsə şəxsi qaydada hüquqlarını qoruya bilmirsə, o heç vaxt hüquq əldə edə bilməyəcək. Bu da demokratiyanın əsas prinsiplərindən olan iştirakçılıq məsələsinə gəlib çıxır. Yəni demokratiyada iştirakçılıq bir nömrəli məsələdir. Xalq əgər hər hansı bir prosesdə iştirak etmirsə, ya müxalifətin ya da iqtidarın o xalq üçün etdiklərinə demokratik don geydirmək mümkün deyil. Azərbaycanda siyasi münasibətlər radikal şəkildə dəyişilməsə, nəticə yaxşı olmayacaq.
Bu gün siyasi münasibət müxalifətə düşmən kimi baxılmasından ibarətdir. Bu siyasi dünyagörüşü dəyişməlidir.
- Azərbaycanın tutduğu xarici siyasəti, geosiyasi mövqeyini necə qiymətləndirirsiniz?
- Azərbaycanın inteqrasiya edəcəyi yönlə bağlı hələ də qeyri-müəyyənlik görürəm. İqtidarın apardığı iqtisadi siyasətdən belə görünür ki, iqtisadi cəhətdən qərbə inteqrasiya etmək istəyir. Amma siyasi cəhətdən belə olduğunu deyə bilmirəm. Nobel mükafatçısı Alksandr Hayikin belə bir sözü var ki, siyasətlə iqtisadiyyat bir-birinə ziddiyyət təşkil edəndə mütləq siyasət iqtisadiyyatı dağıdır. Yəni Azərbaycanda bazar iqtisadiyyatı yaradılıbsa, siyasətdə demokratiya olmalıdır. Cəmiyyətdə həm müxalif iqtisadi qurumlar, həm də siyasi müxalifət olur. Bu ikisi birləşib, vahid güc kimi çıxış edib alternativ yaradır. Azərbaycanda siyasi müxalifətin yanında iqtisadi müxalifət yoxdur. Bu demokratiyanın ən böyük qüsurlarından biridir. Digər tərəfdən, ölkədə dövlət və vətəndaş cəmiyyəti münasibətlərində problem var. Hanı bizim əvvəlki müxalif qəzetlər, müxalif QHT-lər?... Son referendumda həmin QHT-lər göründü. Onlar elə çıxış edirdilər ki, adam xəcalət çəkirdi. QHT-nin vəzifəsi hökuməti müdafiə etmək deyil, hökumətin nöqsanlarını deməkdir. QHT deyirsə ki, “seçkilər əla keçdi, hökumətin iqtisadi islahatları əladır”, onda bu QHT olmur. QHT-dən müxalif səs çıxmalıdır.
- Martın 18-də keçirilən referendum ölkədə nəyi dəyişdi? Bu referendum gələcəkdə hansı proseslərə öz təsirini göstərəcək?
- Hər bir ölkənin hüquq sistemində baş verən dəyişikliklər ictimai-siyasi sistemdə baş verən dəyişiklikləri özündə əks etdirməlidir. Bizim Konstitusiyamızda reallıqla uyğun olmayan bəzi müddəalarda düzəlişlər edildi. Referendumda edilən dəyişikliklər arasında mənim qəbul etdiklərim də, etmədiklərim də vardı.
- İqtidarla müxalifət partiyaları arasındakı mövcud münasibətlərin dəyişəcəyini gözləyirsinizmi?
- Demokratik müxalifət yalnız demokratik şəraitdə mübarizə apara bilər. Təsəvvür edin karateçi ilə boksçunu döyüşə çıxarırlar. Onlar fərqli qaydalarla döyüşəcək və o döyüşün qalibini də müəyyənləşdirmək mümkün olmayacaq. Türkiyədə Möhsün Yazıçıoğlunun dəfnini misal gətirmək istəyirəm. Kiçik bir partiyanın rəhbəri Türkiyədə necə böyük hörmətlə, keçmiş prezident, məmurlar və bu gün hakimiyyət rəhbərlərinin iştirakı ilə dəfn edildi. Amma Azərbaycanda müxalifət liderlərinin yasına adi “utçaskovu” belə gəlmir. Bu o deməkdir ki, biz öz siyasi həyatımızı bir millət olaraq qura bilməmişik. Bilmirik ki, siyasi partiyanın lideri konkret olaraq Sərdar Cəlaloğlu deyil, o Azərbaycanın demokratik ideyaları daşıyan “N” qədər insanın simvoludur. Biz bu simvola necə hörmət edirik? Söhbət mənə hörmətdən getmir? Düzdür, biz Elçibəyin dəfnini, dövlətin orada iştirakını da görmüşük. Amma nəyə görə Türkiyədə hakimiyyət partiyası müxalifətə hörmət edir, Azərbaycanda isə kəskin münasibət bəsləyir? Demokratiya siyasi ədavət, intriqa istəyir, düşmənçilik yox. Mən demirəm ki, bütün günahlar iqtidardadır. Amma iqtidarın əlində bu münasibətləri normallaşdırmaq üçün böyük imkanlar var. Müxalifətin əlində nə var ki?
- Hazırda müxalifət düşərgəsində hansı yönümlü müzakirələr aparılır?
- Bu vəziyyətdən çıxmaq üçün müxalifətin çiyninə düşən məsuliyyət çox azdır. Müxalifət bir çox məsələlərdə cavabdehlik daşımır, səs hüququ yoxdur, proseslərdə iştirak etmir. Biz siyasi dialoq təklif etdik, amma bu günə qədər qəbul olunmur ki, bu dialoq ölkədəki proseslərin məsuliyyətinin bölüşdürülməsi deməkdir. İqtidar və müxalifət problemlərin həllinə birgə girişməlidir. Bu gün müxalifət faktiki olaraq göyərtədən dənizə atılıb. Müxalifətin proseslərə təsir etmək imkanı sıfıra bərabərdir.
- Nəyə görə müxalifətin proseslərə təsir etmək imkanı yoxdur, bunun səbəbləri nədir? Təkliflərmi zəif olur, yoxsa müxalifətin sözünün çəkisi yoxdur?
- Birincisi, Rusiya Azərbaycanla bağlı mövqeyini dəyişmir. Digər tərəfdən Avropa Azərbaycanın demokratikləşməsində səmimi deyil, riyakar mövqe nümayiş etdirir. Zaman-zaman neqativ hadisələrə göz yumub, iqtisadi maraqları önə çəkib. Nəticədə də demokratiya uduzur. Bu da bizim geosiyasi mövqe ilə bağlıdır. Başqa bir baxımdan isə iradə yoxdur. Yəni bizdə idealizm çatışmır. Şəxsən mən məmur tanıyıram, o Azərbaycanın necə təhlükəli vəziyyətdə olduğunu məndən yaxşı izah edir. Amma efirə çıxanda elə bir sanki düyməsi var və düşündüklərindən tamam fərqli fikirlər deyirlər.
- Azərbaycan Demokrat Partiyası iqtidara siyasi dialoq təklifi ilə çıxış etmişdi, amma buna cavab verilmədi. Sizin bu təklif yenə də qüvvədə qalırmı, yoxsa arxivə göndərilib?
- Dialoq Azərbaycana hava-su kimi lazımdır. Hər şeyi, küçədə, meydanda həll etmək olmaz. İqtidardakılar da, Müsavatda, AXCP-də, ADP-də olanlar da bu xalqın oğlu, bu ölkənin vətəndaşlarıdırlar. Necə ola bilər ki, bizim heç bir milli maraqlarda üst-üstə düşən fikrimiz olmasın? Onda bizim hansımızsa millətə xəyanət edirik. Mən xəyanət edirəmsə, nəyə görə Azərbaycanda vətəndaş olaraq yaşamağıma, siyasi lider kimi fəaliyyət göstərməyimə icazə verirlər? Yəni dialoqa gəlməməkdə məntiq yoxdur. Nəyə görə iqtidarla müxalifət soyqırımla bağlı birgə tədbir keçirməsin, Şəhidlər Xiyabanına birgə getməsin? Nəyə görə iqtidarla müxalifət bütün dünyaya poz verməsin ki, “a kişi biz içdə iqtidar-müxalifət olsaq da, xalq kimi bir yerdəyik”. Yenə də gəlirəm Möhsün Yazıçıoğlunun dəfn məsələsinə. Əslində, bu o deməkdir ki, Türkiyədə hamı bir anda vətəndaş, türk ola bilir. Bizdə elə deyil. Bizdə isə vətəndaş maraqları tələb edəndə də başqasına düşmən kimi baxırıq. Amma bu dəyişilməlidir. Siyasi partiyalar əsasdan ayrılmağa başlayırsa, bu partiyalaşma cəmiyyət üçün ziyanlıdır. Cəmiyyət bir ağac kimi olmalıdır, budaqlanma müəyyən yuxarıdan getməlidir. Budaqlanma aşağıdan gedirsə, o ağac olmur, kol olur. Azərbaycanda da belədir. Çünki budaqlanma kökdən başlayıb. Sanki müxalifət başqa millətin nümayəndəsidir, iqtidar başqa.
- İllərdir ki, eyni taktika, eyni addımlar atılır və eyni nəticəsizlik olur. Bir müddət əvvəl belə bir təklif irəli sürmüşdünüz ki, “Bəlkə partiyaların qapısını bağlayıb evə gedək”. Həqiqətən də real nəticə yoxdursa, bu fikir kifayət qədər keçərli deyilmi?
- Azərbaycanda demokratik institutların formal mövcudluğu müəyyən qədər fon yaradır. Əslində, mən özüm də sonradan bu fikrimin əleyhinə çıxdım. Hətta formal olaraq bizim mövcudluğumuz müəyyən qüvvələrin təşəbbüsü ələ almasının qarşısını alır. Radikal qüvvələr var, onlar Azərbaycan üçün böyük təhlükələr vəd edir. Neçə ki, biz varıq onlar qabağa çıxa bilmir. Biz partiyaları bağlasaq, Azərbaycan dönüb İraq, Əfqansan, Pakistan olacaq.
- Vaxt vardı ki, müxalifət partiyalarının qərargahları insanlarla dolu olur, canlanma müşahidə edilirdi. Amma bu gün qərargahı olan partiyalarda sədr və müavinlərdən başqa heç kim olmur. Müxalifətin sıralarının bu qədər seyrəlməsinin başlıca səbəbi nədir?
- Psixologiyada nailiyyətsizlik sindromu var. Alimlər belə bir eksperiment ediblər. Siçan üçün hər gün ət verirlər, sonradan dayandırıblar. Siçan bir dəfə, iki dəfə gəlib görür ki, həmişəki yerdə ət yoxdur. Üçüncü dəfə də belə olanda ürəyi partlayır. Nailiyyətsizlik ona bu dərəcədə təsir edir. İnsan da belədir. Bir dəfə, iki dəfə , beş dəfə mübarizə aparır və nailiyyət əldə edə bilmir. Bu nailiyyətsizlik sindromu daxili aşılanmaya səbəb olur və insan “bu mənim nəyimə lazımdır” deyərək, biri bazara, biri xaricə gedir, biri də iqtidarın tərəfinə keçir. Azərbaycan bu gün əyləncə mərkəzinə çevrilib və yerdə qalanlar əyləncə ilə məşğuldur. Televiziyalar insanlarda ikrah doğurur. Mənəviyyatsızlıqdır və bu xalqa da təsir edir. Xalq qeyri-ciddi həyat tərzi seçir. Vaxtilə ADP-də ümid vardı ki, Rəsul Quliyev gələcək, buna görə mübarizə aparılırdı. Amma o gəlmədi. Mən etiraf edim ki, Rəsul Quliyev kimi fiqur deyiləm. Ola bilər ki, ondan daha yaxşı idarə edirəm, daha böyük qabiliyyətim, ağlım var. Amma lider seçmək üçün təkcə bacarıq, qabiliyyət kifayət etmir. Lider xalqdan ən azı bir addım qabaqda olmalıdır ki, xalqı irəli apara bilsin.
- ADP konstruktiv mövqe seçdiyini elan edib və bu barədə rəsmi qərar var. Siz bu qərarı qəbul edərkən həmkarlarınız tərəfindən kəskin tənqidə məruz qaldınız. Ümumiyyətlə, bu gün Azərbaycanda radikal siyasi qüvvə varmı?
- Azərbaycanda heç bir radikal qüvvə yoxdur. Radikal müxalifət odur ki, o heç bir məsələdə iqtidarla razılaşmır və iqtidara alternativ qoya bilir. Bizdə iqtidarla razılaşmayan qüvvələr var, amma alternativ qoymaq imkanında olmadıqlarına görə, onları radikal qüvvə kimi qiymətləndirmək olmaz. “İqtidar pisdir” deməklə radikal olmaq mümkün deyil. Mən özüm uzun müddət radikal təşkilata rəhbərlik etmişəm. İqtidarın heç bir addımı ilə razılaşmırdıq, hər həftə aksiyalar keçirirdik. Bir tələbimiz vardı ki, iqtidar bütövlükdə getməlidir. Amma prezidentlik və yaxud deputatlıq uğrunda mübarizə aparılırsa, bu radikallıq deyil. Radikallıq köklü dəyişikliklərlə bağlıdır. Azərbaycanda da belə qüvvə yoxdur. Sadəcə, şəxsi radikallaşma var, bu da mənasız bir şeydir.
- Qarabağ və Respublika Uğrunda Hərəkat 2010-cu ildə keçiriləcək parlament seçkilərində də birgə iştirak edə biləcəkmi?
- Qarabağ və Respublika Uğrunda Hərəkat indiki mərhələdə referendumun nəticələrinin ləğv olunması, qarşıdan gələn bələdiyyə seçkiləri və Dağlıq Qarabağ məsələsi ilə bağlı birgə addımlar atmaq barədə razılığa gəlib. Əgər gələcəkdə imkan olacaqsa və mümkün qədər bu əməkdaşlığı saxlaya biləcəyiksə, parlament seçkilərində də bir yerdə çıxış edəcəyik. Bu hərəkat referendumla bağlı yaradılmışdı və referendum qurtardı. Biz birliyin taleyi ilə bağlı məsələni müzakirə etmişik. Bundan sonra hər bir istiqamətdə də lazım olan taktiki addımlarla bağlı qərarlar qəbul olunacaq.

1264