Azərbaycanlıların Soyqırımı Günü ABŞ-da matəm elan edildi
Nevada ştatının qubernatoru Cim Qibbons 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə ştat ərazisində matəm elan edib.
APA-nın ABŞ bürosunun məlumatına görə, bu, ABŞ tarixində Azərbaycanlıların Soyqırımı Günü münasibətilə matəm elan olunmasına dair ilk haldır. Qubernator Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) vasitəsilə qubernator ona ünvanlanan onlarla məktuba cavab olaraq tariximizin qanlı səhifəsinə həsr olunan bəyanat yayıb. USAN-nin icraçı direktoru Adil Bağırovun APA-ya verdiyi məlumata görə adı çəkilən bəyanatın ərsəyə gəlməsində təşkilatın Nevada ştatı üzrə fəalı Bob Güneyin böyük xidməti olub. Bəyanatda ermənilərin 1918-ci il mart ayında Bakı və Azərbaycanın digər şəhərlərində on minlərlə mülki azərbaycanlının qətlə yetirilməsi münasibətilə başsağlığı verilir. Qubernator məktubunda həmçinin qeyd edib ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və rəsmi Vaşinqton Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi sayır.
Xatırladaq ki, bundan əvvəl ABŞ-da bir çox qubernator və şəhər merləri 28 may - Respublika Günü, 18 Oktyabr - Milli Müstəqillik Günü münasibəti ilə yerli azərbaycanlılara təbrik məktubları yollayıblar. Həmin məktublarda Azərbaycanın ərazi bütövlüyü tanınıb və Ermənistanın işğalçı dövlət olduğu qeyd olunub. USAN həmçinin Amerika kitabxanalarına Azərbaycan həqiqətləri haqqında bir çox akademik kitablar yollayıb.

Oxşar yazılar

Azərbaycanın müraciətləri cavabsız qalıb - Rusiya təyyarə qəzasının sirrini açmaq istəmir
6 may 2025 , 13:13
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda fəaliyyətini dayandırır
6 may 2025 , 11:41
Moskvada "Şəhidlər ölməz, Vətən bölünməz" ŞÜARI - VİDEO
6 may 2025 , 10:07
Laçınlı zərərçəkmiş: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu - MƏHKƏMƏ
5 may 2025 , 20:48
Kadırov övladları arasında varis seçir – İDDİA
5 may 2025 , 19:59
APA Jurnalist Məktəbi növbəti təlim kursuna start verdi - FOTOLENT
5 may 2025 , 19:38
Deputat Azər Badamovun Rusiyaya buraxılmamasının SƏBƏBİ
5 may 2025 , 19:17