Bələdiyyələr seçkilərə böyüdülmüş şəkildə gedəcək
Rövşən Ağayev: “Qərarvermə səlahiyyəti olan orqanları bələdiyyələrin problemlərini həll etmək üçün real hərəkətə keçməlidir”
Hökumət dairələri bələdiyyələrin böyüdülməsi istiqamətində addımlar atmağa hazırlaşır. Birləşmədən sonra respublikada bələdiyyələrin sayının 2755-dən təxminən 2650-yə endirilməsi planlaşdırılır.
Lent.az-ın məlumatına görə, bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev jurnalistlərlə söhbətində məlumat verib. Onun sözlərinə görə, bələdiyyələrin qarşıdan gələn seçkilərə böyüdülmüş formada gedəcəyi gözlənilir. O, bu dəyişikliyi bələdiyyə seçkiləri ərəfəsində ən ciddi narahatlıq doğuran səbəblərdən biri olduğunu deyib: “Çünki məsələlərə kompleks yanaşma yoxdur. Bələdiyyələr böyüdüləcəksə, bu, onların səlahiyyətlərinin indidən dəqiqləşdirilməsi və maliyyə imkanlarına yenidən baxılmasını tələb edəcək. Lakin seçkilərə az vaxt qalıb və bu dəyişikliklərin hamısı qanunvericilik qaydasında həll olunmalıdır. Parlamentin iş qrafikini nəzərə alsaq, qanunverici orqanın bu məsələyə baxması üçün vaxt çox azdır”.
Ekspert bildirib ki, hazırda bələdiyyələrin maliyyə vəziyyəti həddindən artıq ağırdır və bu, bələdiyyə seçkilərində özünün mənfi təsirini göstərəcək. Onun sözlərinə görə, 2008-ci ildə yerli özünü idarəetmə qurumlarının maliyyə imkanları əvvəlki illərlə müqayisədə xeyli aşağı düşüb: “Biz real vəziyyəti ictimaiyyətin və hökumətin diqqətinə çatdırırıq ki, dövlətin qərarvermə səlahiyyəti olan orqanları bu problemləri bələdiyyə seçkilərinədək həll etmək imkanı olsun. Çünki dövlət qurumları real hərəkətə keçsə, bələdiyyələrin bu problemlərini həll etmək mümkündür”.
Elxan SALAHOV

996