Ərdoğanın partiyası seçkidə qalib gəldi
Ancaq AKP-nin səsi 7 faiz azalıb
Martın 29-da Türkiyədə yerli özünüidarə orqanlarına keçirilən seçkinin rəsmi nəticələri hələlik açıqlanmayıb.
Lent.az-ın məlumatına görə, ölkə üzrə seçki bülletenlərinin əksəriyyəti sayılıb. İndiyə qədər məlum olan səsvermənin nəticələrinə əsasən, iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) seçkidə qalib gəlib. Bu partiyanın təxminən 39 faiz səs topladığı məlumdur. İkinci sırada ana müxalifət partiyası CHP (Cümhuriyyət Xalq Partiyası) yer alıb.
Ölkənin paytaxtı Ankara və ən böyük şəhəri İstanbulda AKP-nin namizədləri bələdiyyə sədri seçiliblər. Ankarada adı qalmaqallarda, korrupsiyada hallanan Melih Gökçək rəqibi Murad Qarayalçını geridə qoyaraq, 4-cü dəfə paytaxtın bələdiyyə sədri olub. İstanbulda isə AKP-nin namizədi və hazırkı bələdiyyə sədri Kadir Topbaş vəzifəli şəxslərin korrupsiyaya qurşandığı barədə ciddi sənədlər təqdim edən Kamal Qılıcdaroğlunu üstələyərək, ikinci dəfə İstanbulu idarə etmək hüququ qazanıb.
İzmir şəhərində isə vəziyyət dəyişməyib, CHP-nin namizədi qalib gəlib.
Səsvermənin ən maraqlı nəticələrindən biri daha çox azərbaycanlıların yaşadığı İqdır vilayətində Milliyyətçi Hərəkat Partiyası (MHP) namizədinin bələdiyyə sədri seçilə bilməməsidir. Bu seçkidə PKK terror təşkilatı ilə yaxın münasibətləri olan DTP-nin namizədi İqdır bələdiyyəsinin sədri olub.
Əvvəlki seçkilərlə müqayisədə AKP-nin səsi xeyli azalıb (təxminən 5-7 faiz), Antalya, Adana, Van, Manisa və digər böyük şəhərlərdə seçkini uduzub.
Qeyd edək ki, seçki zamanı bir neçə şəhərdə silahlı toqquşma baş verib, 8 nəfər ölüb, 100-dən çox yaralı var.

1294