“Yaxın vaxtlarda Türkiyə-Ermənistan sərhədlərinin açılmasının şahidi olacağıq” – MÜSAHİBƏ
Rauf Mirqədirov: “AKP-nin mövqeləri kifayət qədər sarsıldı”
Türkiyə çox maraqlı bir dönəmini yaşayır: bələdiyyə seçkilərinin nəticəsinə görə, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mövqeyi zəifləyib, Obama Ankaraya gəlir, Ermənistanla sərhədlərin açılması gündəmdədir. Hələ qarşıdan 24 aprel – qondarma “erməni soyqırımı”nın ildönümü günü də yaxınlaşır. Bu mövzularla bağlı Lent.az-ın suallarını "Ayna-Zerkalo" qəzetinin siyasi şərhçisi Rauf Mirqədirov cavablandırıb.
- Artıq Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticəsi məlumdur. Bu nəticə əslində nəyi göstərdi?
- Bu seçki Türkiyə üçün çox mühüm bir mərhələdir. Əslində, hakim AKP üçün çox ciddi bir sınaq idi. İlkin nəticəyə görə AKP digər partiyalarla müqayisədə daha çox səs toplayıb. Ancaq partiya sonuncu parlament seçkilərilə müqayisədə 7% itirib. Yəni parlament seçkilərində 47% səs toplayan AKP bələdiyyə seçkilərində əhalinin 40%-inin etimadını qazanıb. Digər tərəfdən, başqa partiyalar, xüsusən də əsas müxalifət partiyaları Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyaları yerli seçki orqanlarındakı təmsilçilərini artırıblar. Belə ki, CHP səslərin 28, MHP isə 15%-ini qazanıb. Faktiki olaraq onlar birlikdə hakim partiyadan daha çox səs toplayıblar. Digər tərəfdən, əsasən milli azlıqların, daha dəqiqi kürdlərin maraqlarını təmsil edən Demokratik Toplum Partiyası milli azlıqların yaşadıqları regionlarda kifayət qədər ciddi uğur qazana bilib. Hansı ki, parlament seçkilərində həmin regionlar üzrə hakim AKP uğur qazanmışdı. Ümumilikdə bütün bunlar o deməkdir ki, hələlik AKP aparıcı mövqeyini saxlayıb, ancaq mövqeləri kifayət qədər sarsılıb.
- Hakim AKP-nin mövqeyinin bu cür sarsılması fonunda Türkiyənin xarici siyasətində hansısa dəyişikliyin olması mümkündürmü?
- Sözsüz ki, müəyyən təsirləri olacaq. Son dövrlərdə Türkiyənin xarici siyasəti kifayət qədər ciddi mübahisə obyekti idi. AKP hakimiyyətinin Ermənistan və Rusiya ilə yaxınlaşması kifayət qədər şübhə doğururdu və müxalifət tərəfindən kifayət qədər tənqid atəşinə tutulurdu. Digər tərəfdən, hakim partiyanın, o cümlədən lideri Ərdoğanın son Fələstin-İsrail qarşıdurmasından sonra İsraillə münasibətləri həddən artıq korlaması da çox ciddi tənqid atəşinə tutulurdu. Sözsüz ki, son bələdiyyə seçkilərinin xarici siyasətə təsri olacaq. Ancaq düşünmürəm ki, AKP hakimiyyəti xarici siyasətində indi həddən artıq ciddi dəyişikliklər edəcək və Ermənistanla yaxınlaşma siyasətindən əl çəkəcək. Düşünürəm ki, bu siyasət davam etdiriləcək. Mənə elə gəlir AKP bir sıra hallarda populizmə yönəlik o qədər də ciddi praqmatik əsası olmayan, lakin kütlənin xoşuna gələ biləcək addımlar atacaq. Burda da məqsəd AKP-nin öz mövqelərini möhkəmləndirmək olacaq.
- Ermənistanla sərhədlərin açılması ilə bağlı məsələ hansı məcrada inkişaf edəcək?
- Bugünlərdə Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan açıqlama verdi ki, Türkiyə ilə sərhədlər Obamanın Ankaraya səfərindən sonra açılacaq. Düşünürəm ki, hər halda yaxın vaxtlarda sərhədlərin açılmasının şahidi olacağıq.
- Barak Obamanın Türkiyəyə tarixi səfəri nələri dəyişəcək? Səfər amili Türkiyənin xarici siyasətinə nə qədər təsir göstərə bilər?
- Obamanın səfəri Türkiyənin xarici siyasətinə təsir edə, müəyyən korrektələrin edilməsinə gətirə bilər. Ancaq düşünmürəm ki, Obama Ərdoğana Türkiyənin daxili siyasətilə bağlı hansısa ciddi iradlar söyləyə bilsin. Ancaq xarici siyasətlə bağlı sözsüz ki, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması ilə Obamanın “soyqırım” ifadəsindən istifadə etməməsi alver predmeti ola bilər. Yəni, əgər Türkiyə sərhədləri açsa və Ermənistanla normal münasibətlər qursa, ola bilsin Obama 24 apreldə “soyqırım” sözünü işlətməyəcəyinə dair söz versin. Həmçinin o, öz mövqelərindən istifadə edərək Nümayəndələr Palatası və Senatda “soyqırım”la bağlı qətnamənin qəbul olunmasının qarşısını almağa çalışsın.
Sözsüz ki, Obama Türkiyədən İsraillə münasibətləri yaxşılaşması istiqamətində müəyyən addımar atılmasını təkidlə xahiş edə bilər.
Pərvin ABBASOV

1557