AŞ PA-nın Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçisi Bakıya səfər edəcək
30 mart 2009 10:00 (UTC +04:00)

AŞ PA-nın Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçisi Bakıya səfər edəcək

AŞ PA-nın Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçisi Kristof Ştrosser bu il ölkəmizə səfər edəcək. Bu barədə APA-ya məruzəçinin ofisindən məlumat verilib.

Səfərin dəqiq tarixi hələlik məlum deyil. Səfər zamanı Ştrosserin ölkədə siyasi məhbuslarla bağlı vəziyyəti dəyərləndirəcəyi və səfərin yekunlarına dair hesabat hazırlayacağı nəzərdə tutulub. Qeyd edək ki, Almaniyanın AŞ PA-da nümayəndə heyətinin üzvü olan Kristop Ştrosser qurumun Hüquq və İnsan Haqları Komitəsinin martın 24-də Berlində keçirilən iclasında Azərbaycanda siyasi məhbuslarla bağlı xüsusi məruzəçi təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1105

Oxşar yazılar