Milli Məclis üzvlərinin Almaniyaya səfəri başa çatıb
Almaniya Federativ Respublikası Bundestaqının dəvəti ilə Milli Məclisin Almaniya-Azərbaycan dostluq qrupunun üzvləri bu il noyabrın 23-dən 27-dək Almaniyada səfərdə olublar. Lent.az-ın məlumatına görə, nümayəndə heyətinə Milli Məclisin üzvləri Fəttah Heydərov, Rövşən Rzayev, Adil Əliyev, Çingiz Əsədullayev, Fuad Muradov, Fazil Mustafayev və Əhməd Vəliyev daxil idilər. Nümayəndə heyətinə F.Heydərov başçılıq edirdi.
Nümayəndə heyətinin üzvləri Potsdam şəhərində Brandenburq əyalət parlamentinin sədri Qünter Fritşlə və Brandenburq əyalət parlamentinin bir neçə komissiyaları ilə görüşüblər. Daha sonra Potsdam şəhərində bir sıra elmi tədqiqat mərkəzləri ilə tanış olublar. Brandenburq əyalət parlamenti tərəfindən Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verilib.
Martın 24-də Almaniya-Azərbaycan Forumunun sədri, Almaniyanın keçmiş dövlət katibi O.Hauzer Milli Məclisin üzvləri ilə görüşərək iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıb.
Elə həmin gün axşam Azərbaycanın Almaniyadakı Səfirliyi binasında Almaniya Bundestaqının və MM üzvlərinin, Berlin senatının nümayəndələrinin, Almaniyanın tanınmış elm, siyasət və mədəniyyət xadimlərinin, habelə Almaniyadakı Azərbaycan diaspor cəmiyyətlərinin sədrlərinin iştirakı ilə rəsmi qəbul təşkil edilib. Səfir Pərviz Şahbazov Almaniya-Azərbaycan münasibətlərinin dinamik inkişafını vurğulayaraq, bu səfərin əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirib. Azərbaycan nümayəndə heyəti adından Milli Məclisin üzvü F.Heydərov çıxış edərək Azərbaycanın Almaniya ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini qeyd etmiş və əlaqələrin möhkəmlənməsinin vacibliyini vurğulayıb. Bundestaq üzvü, Almaniya-Cənubi Qafqaz Dostluq Qrupunun sədri Şteffen Rayxe çıxış edərək parlamentlərarası əlaqələrin belə inkişafının sevindirici hal olduğunu bildirib və bu münasibətlərin gələcək inkişafına da böyük nikbinliklə baxdığını ifadə edib. Daha sonra iştirakçılar ziyafət süfrəsinə dəvət olunublar. Tədbir münasibətlərin inkişafı baxımından faydalı olub.
Nümayəndə heyəti martın 25-də “EİTİ” cəmiyyəti (Xammal istehsal olunan ölkələrdə şəffaflıq təşəbbüsü) və “Transparency İnternational” təşkilatının banisi Peter Ayqner və bu təşkilatların əməkdaşları ilə, Almaniya Bundestaqının vitse-prezidenti Susanna Kastnerlə, Bundestaqın Almaniya-Cənubi Qafqaz Dostluq Qrupunun sədri Şteffen Rayxe ilə, federal hökumətin İnsan hüquqları və Humanitar Yardım məsələləri üzrə müvəkkili cənab Qünter Nooke ilə görüşərək müzakirələr aparıblar. Deputatlarımız həmçinin Almaniyanın nüfuzlu təşkilatları Konrad Adenauer Fondu, Fridrix Ebert Fondu, Haynrix Böll Fondu, Roza Luksemburq Fondu ilə görüşlər keçiriblər.
Martın 26-da isə deputatlarımız AFR XİN Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə xüsusi tapşırıqlar üzrə səfir Hans Diter Lukasla görüşüblər.
Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, siyasi, iqtisadi və humanitar sahələrdə Almaniya – Azərbaycan münasibətləri ətrafında müzakirələr aparılıb. Almaniyalı diplomat Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini bildirib. Milli Məclisin üzvləri daha sonra Bundestaqın xarici siyasət komissiyasının sədr Ruprext Polents və komissiya üzvləri ilə, Yaşıllar partiyasının deputatı, Bundestaq üzvü, Almaniya-Cənubi Qafqaz dostluq qrupunun sədr müavini Raynder Ştenblokla görüşlər keçirərək müxtəlif məsələlərə dair fikir mübadiləsi aparıblar.
Almaniyadakı Azərbaycanlılarla iş üzrə Koordinasiya Mərkəzində Milli Məclisin üzvlərinin Azərbaycan diasporunun nümayəndələri ilə də görüş olub. Mərkəzin icraçı direktoru Samirə Patser-İsmayılova iştirakçıları salamlayaraq Azərbaycan diasporu və onun fəaliyyəti haqqında danışıb. Milli Məclisn üzvləri diaspor üzvləri ilə onların vəzifələri və problemləri ətrafında fikir mübadiləsi aparıblar. Daha sonra deputatlar Almaniyada fəaliyyət göstərən “Azərbaycan evi” cəmiyyətinin təşkil etdiyi ziyafətdə iştirak ediblər.
Səfərin sonuncu günü deputatlarımız Almaniyanın Sənaye və Ticarət Palatasının idarə rəisi Tobias Baumanla görüşüblər. Görüşdə Azərbaycan-Almaniya iqtisadi əlaqələri, alman sərmayələrinin Azərbaycan iqtisadiyyatına daha geniş miqyasda cəlb olunması imkanları və iqtisadi əməkdaşlıq üçün mövcud potensialdan daha geniş istifadə yolları müzakirə olunub.
Səfir P.Şahbazov Azərbaycan nümayəndə heyətini bütün görüşlərində müşayiət edib.
Səfər martın 27-də başa çatıb.

1156