MSK: seçicilərin 64,12 faizi referendumda iştirak edib
18 mart 2009 17:00 (UTC +04:00)

MSK: seçicilərin 64,12 faizi referendumda iştirak edib

Dördüncü rəsmi məlumat açıqlandı

Mərkəzi Seçki Komissiyası referendumda seçici fəallığı ilə bağlı dördüncü rəsmi məlumatı açıqlayıb. Lent.az-ın Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən ”Seçkilər” İnformasiya Mərkəzindəki müxbiri xəbər verir ki, saat 17.00-a olan rəsmi məlumata görə, ölkə üzrə seçici aktivliyi 64,12 %-dir. Bu isə referendumda 3 milyon 137 min 851 seçicinin iştirak etməsi deməkdir.

Səsvermə prosesi davam edir.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1126

Oxşar yazılar