Bakıda kibertəhlükəsizliyə dair beynəlxalq tədbir keçirilir
Lent.az-ın verdiyi məlumata görə, iki gün davam edəcək tədbirə MTN, DİN rəsmiləri, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyətlərinin nümayəndələri qatılıb. Praktik seminarın məqsədi kibertəhlükəsizliyə dair ardıcıl siyasət qəbul etmək və kibercinayətkarlıq haqqında Avropa Şurası Konvensiyasını həyata keçirməkdə Azərbaycan hökumətinə kömək etməkdir.
ATƏT-in Bakı ofisinin rəhbəri Bilgi Cankorel bildirib ki, Azərbaycan kibercinayətkarlığa qarşı mübarizədə vahid siyasət və beynəlxalq əməkdaşlığı təşkil edən bu konvensiyanı bu il iyulun 1-də ratifikasiya edib. B.Cankorel ümidvardır ki, bugünkü seminar şəxsi məlumat və özəl həyatın qorunması ilə əlaqədar hüquq və azadlıqların müdafiəsində Azərbaycana köməklik göstərəcək. Bu da öz növbəsində “Kibercinayətkarlıq haqqında” konvensiyasını yerinə yetirməyə imkan yaradacaq.
ATƏT-in Bakı ofisinin rəhbəri qeyd edib ki, konvensiyanın həyata keçirilməsi cinayət qanunvericiliyinin təkmilləşdirilməsi, prosedurların yenidən nəzərdən keçirilməsi, daha effektli hüquq mühafizə tədbirlərinin həyata keçirilməsi və internet xidməti provayderləri ilə daha yaxşı əməkdaşlığın qurulması kimi bəzi təklifləri tələb edə bilər.
Praktik seminarda əsas diqqət beynəlxalq tədbirlər və hüquqi çərçivələr, təhlükələr və meyllər, KİV-in təhlükəsizlik həyatında vətəndaş cəmiyyətinin iştirakı, eləcə də bu işdə hökumət və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq məsələlərinə yönəlib.
Bilgi Cankorel bildirib ki, ATƏT 2004-cü ildə qəbul etdiyi öhdəlik özəl həyat hüquqları, eləcə də fikir və ifadə azadlığının təmin edilməsi şərtilə ölkələrin internetdən terror məqsədi üçün istifadəyə dair məlumat mübadiləsinə və bu təhlükə ilə mübarizəyə dair mümkün strategiyaları qəbul etməyə çağırır: “Bugünkü seminar ATƏT-ə üzv ölkələrin bu öhdəliyi yerinə yetirilməsini dəstəkləmək üçün göstərilən səylərin tərkib hissəsidir”.
Ramiz Mikayıloğlu

Oxşar yazılar

Azərbaycan ərazisinə keçən iki erməni ölkəsinə qaytarıldı
6 iyun 2025 , 22:27
Pezeşkian İlham Əliyevə zəng etdi
4 iyun 2025 , 22:07
Suriyadan Azərbaycana daha 13 nəfər gətirildi
4 iyun 2025 , 17:08
"Hörümçək toru" əməliyyatından sonra Kreml nəyi gizlədir? – Detallar AÇIQLANIR
4 iyun 2025 , 12:34
Jurnalistlərin şəhid olmasından 4 il ötür
4 iyun 2025 , 10:33
Paşinyanın İrəvandakı mənzili 110 min dollara satıldı
4 iyun 2025 , 10:30
Azərbaycan və Ermənistan tərəfi itkinlərlə bağlı görüş keçirdi
4 iyun 2025 , 10:04