Arif Hacılı : “Bu, son görüşdür...”
Sabah Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyi arasında vahid namizədlərin müəyyənləşdirilməsində problem yaranmış 10 seçki dairəsi ilə bağlı görüş keçiriləcək. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Lent.az-a açıqlamasında deyib ki, görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, o cümlədən bu iki partiyanın rəhbərliyində təmsil olunan şəxslər iştirak edəcəklər.
Arif Hacılı onu da vurğulayıb ki, bu, son görüşdür: “Biz bu görüşdə artıq mümkün olan seçki dairələrində vahid namizədlərin müəyyənləşdirilməsi ilə bağlı razılaşma əldə etməyə çalışacağıq. Bu, iki partiyanın rəhbərliyi arasında son görüş ola bilər. Biz sabahkı görüşə çox önəm veririk, ona görə də bu, sonuncu ola bilər”.
Bu görüşdə problemli 10 seçki dairəsi üzrə razılaşma əldə edilməzsə, Müsavat Partiyası və AXCP arasında seçki blokunun yaranmamasını istisna etməyən Arif Hacılı bildirib ki, çox yəqin ki, seçki bloku yaranacaq: “Hər halda mən bu məsələnin perspektivinə çox nikbin yanaşıram. Hesab edirəm ki, AXCP də seçki blokunun yaranmasında çox maraqlıdır. Qarşılıqlı maraqlar sabah yəqin ki, seçki blokunun yaranmasına əsas olacaq”.
Ramiz

Oxşar yazılar

Xocalı soyqırımına rəhbərlik edənlərin adları açıqlandı -MƏHKƏMƏ
21 aprel 2025 , 20:47
Azərbaycan Prezidenti Çinin Sinxua agentliyinə müsahibə verdi
21 aprel 2025 , 20:43
Arkadi Qukasyanın ETİRAFLARI: "...yüzlərlə azərbaycanlı var idi"
21 aprel 2025 , 14:06
ABŞ-da görünməmiş HADİSƏ: üç keçmiş prezident Trampı sərt tənqid etdi
21 aprel 2025 , 10:50
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
20 aprel 2025 , 09:38
Ordumuzun mövqeləri atəşə tutuldu
19 aprel 2025 , 09:0444 günlük müharibə zamanı Rusiya Ermənistana 4 “Tor” sistemi göndərib - FAKT
18 aprel 2025 , 18:16