Həmsədrlər silahlı insidentlərə münasibət bildiriblər
ATƏT-in Minsk Qrupunun həmsədrləri atəşkəs rejiminin möhkəmləndirilməsi üçün əlavə tədbirləri müzakirə etmək, tərəflərin kompromis əhval-ruhiyyəsini artırmaq və növbəti fəaliyyət planının hazırlanmasını başa çatdırmaq üçün sentyabrın 6-10-da Bakı, İrəvan və Dağlıq Qarabağa səfər edəcəklər.
APA-nın məlumatına görə, həmsədrlərin birgə bəyanatında qeyd olunur ki, həmsədrlər sentyabrın üçüncü ongünlüyündə Vaşinqtona, daha sonra Nyu-Yorka səfər edəcəklər. Səfərin məqsədi BMT Baş Assambleyasının kuluarlarında münaqişə tərəfləri ilə işi davam etdirməkdir: “Bu intensiv fəaliyyət dövründə həmsədrlər bütün tərəfləri atəşkəs barədə razılaşmaya əməl etməyə, səbir nümayiş etdirməyə, tərəqqiyə nail olmağa imkan verəcək kompromis ruhunu möhkəmləndirmək üçün bütün mümkün addımları atmağa, qızışdırıcı xarakterli açıq bəyanatlar verməkdən çəkinməyə, ciddi dialoqun başlanması üçün siyasi iradə nümayiş etdirməyə çağırıblar”.
Bəyanatda ATƏT-in Minsk Qrupunun həmsədrləri qoşunların təmas xəttində baş verən son insidentlərə də münasibət bildiriblər: “İnsanların günahsız yerə həlak olmasından təəssüflənir və nazirlərin Almatı bəyanatını xatırlatmaq istəyirik. Bəyanatda bildirilir ki, güc tətbiqi mövcud situasiyanı yaradıb və təkrarən güc tətbiqi yalnız uzun illərdir davam edən iztirablara, dağıntılara və düşmənçiliyə gətirib çıxaracaq”.

Oxşar yazılar

Azərbaycan ərazisinə keçən iki erməni ölkəsinə qaytarıldı
6 iyun 2025 , 22:27
Pezeşkian İlham Əliyevə zəng etdi
4 iyun 2025 , 22:07
Suriyadan Azərbaycana daha 13 nəfər gətirildi
4 iyun 2025 , 17:08
"Hörümçək toru" əməliyyatından sonra Kreml nəyi gizlədir? – Detallar AÇIQLANIR
4 iyun 2025 , 12:34
Jurnalistlərin şəhid olmasından 4 il ötür
4 iyun 2025 , 10:33
Paşinyanın İrəvandakı mənzili 110 min dollara satıldı
4 iyun 2025 , 10:30
Azərbaycan və Ermənistan tərəfi itkinlərlə bağlı görüş keçirdi
4 iyun 2025 , 10:04