Heydər Əliyevin xatirəsinə həsr olunan kitab-diskin təqdimat mərasimi keçirildi - FOTO
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Heydər Əliyevin xatirəsinə həsr olunan “Günəşə qovuşmaq istəyirəm mən” kitabının elektron disk formatında təqdimatını keçirib. Şuradan Lent.az-a verilən xəbərə görə, audiodisk Şuranın sifariş ilə Mədəni İnkişaf İctimai Birliyi tərəfindən hazırlanıb.
Bakı şəhəri Yasamal rayonu 20 saylı orta məktəbdə baş tutan tədbiri məktəbin direktoru Sabir Məmişov açaraq, Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışıb.
Mərasimdə çıxış edən Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil etdiyi qurumun Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi yolunda Şura ilə Mədəni İnkişaf İctimai Birliyinin sıx əməkdaşlıq etdiyini deyib. Onun sözlərinə görə, bu əməkdaşlığın nəticəsi kimi Şuranın sifarişi ilə ötən illərdə elektron formatda hazırlanan “Əbədiyyət dastanı” (2010) və “Böyük ömrün davamı” (2011) CD disklərini də qeyd edib.
Mədəni İnkişaf İctimai Birliyinin sədri Gəray Əlibəyov bildirib ki, təqdim olunan audiodiskdə əməkdar artist Azad Şükürov tərəfindən Azərbaycanın tanınmış 9 şairinin Heydər Əliyev haqqında yazdığı şeirləri səsləndirməsi yer alıb.

Oxşar yazılar

İlham Əliyev Macarıstana getdi
20 may 2025 , 14:10
Ermənistanın sistematik etnik təmizləmə siyasətini ifşa edən videolar nümayiş olundu
19 may 2025 , 21:19
Məhkəmədə Ter-Petrosyanın videosu nümayiş etdirildi
19 may 2025 , 15:12
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
19 may 2025 , 14:28
ABŞ Suriya prezidentini məhv etməyi planlaşdırıb - İDDİA
18 may 2025 , 19:50
Ölüm, casusluq və intim FOTOLAR: İsveç Xarici İşlər Nazirliyindəki qalmaqalın qaranlıq TƏFƏRRÜATLARI
18 may 2025 , 14:05
Ədalət partiyasının yeni sədri seçildi
17 may 2025 , 15:53