![Qənirə Paşayeva Türkiyənin bir sıra bölgələrində olub -](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Qənirə Paşayeva Türkiyənin bir sıra bölgələrində olub -
Millət vəkili Qənirə Paşayeva Türkiyənin Karabük vilayətində Karabük dərnəkləri tərəfindən Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı çalışmalarına görə ödülə layiq görülüb. Lent.az-ın məlumatına görə, mükafat millət vəkilinə Karabükdə keçirilən tədbir zamanı təqdim olunub. Görüşdə Karabükə səfər etməsindən məmnunluğunu ifadə edən millət vəkili Q. Paşayeva burada özünü Azərbaycandakı kimi hiss etdiyini və Türkiyəni də özünə vətən bildiyini deyib. Karabükdən millət vəkili seçilmiş Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, AKP-nin sədr müavini Mehmet Ali Şahin Türkiyənin daima qardaş Azərbaycanın yanında olduğunu söyləyib. “Qənirə xanımı biz yalnız Azərbaycan Parlamentinin millət vəkili olaraq görmürük, Türkiyə Parlamentinin fəxri bir millət vəkili olaraq da görürük. Karabükün iki millət vəkili var, biri mən, digəri isə Osman Kahveci, biz bundan sonra Qənirə xanımı üçüncü millət vəkilimiz elan etmişik” - deyə, AKP-nin sədr müavini əlavə edib.
Karabükə səfəri çərçivəsində millət vəkili Qənirə Paşayeva Mehmet Ali Şahin ilə birlikdə Ovacık, Soğanlı bölgələrində yol açılışlarında iştirak ediblər və Ovacık, Soğanlı, Ekinçik kəndlərinin sakinləri ilə görüşüblər. Kənd sakinlərinin qarşısında etdiyi çıxışı zamanı Q. Paşayeva Karabükdə olmaqdan məmnunluğunu ifadə edib və burada özünü doğma evində hiss etdiyini bildirib. Azərbaycandakı qardaş-bacılarınızın salam və sevgilərini sizə gətirmişik deyən millət vəkili Qənirə Paşayeva çıxışında Daglıq Qarabağ probleminə geniş yer verib: “Bu gün Karabükdə yol açılışlarında iştirak etdik. İnşallah yaxın zamanlarda birlik və bərabərlik içində Ermənistanın işğalı altında olan o gözəl torpaqlarımızı işğaldan azad edib orada tikəcəyimiz yeni yolların, məktəblərin, binaların açılışlarında bərabərcə iştirak edək. İnşallah gələn görüşümüzü birlikdə işğaldan azad edəcəyimiz Daglıq Qarabağımızda keçirərik”.

Oxşar yazılar
![Deputatlığa namizədlər qeydə alınmaq üçün sənədləri bu tarixədək təqdim etməlidir](https://lent.az/storage/news/2024/june/29/big/668008c943927668008c9439281719666889668008c943920668008c943924.jpeg)
Deputatlığa namizədlər qeydə alınmaq üçün sənədləri bu tarixədək təqdim etməlidir
29 iyun 2024 , 17:09![Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqat bu tarixdə başlayacaq](https://lent.az/storage/news/2024/june/29/big/667ffb61a8d45667ffb61a8d461719663457667ffb61a8d3f667ffb61a8d42.jpg)
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqat bu tarixdə başlayacaq
29 iyun 2024 , 16:21![Seçkilərdə Baydenin mümkün əvəzlənməsi - Trampın rəqibi kim ola bilər?](https://lent.az/storage/news/2024/june/29/big/667fa08496bf5667fa08496bf61719640196667fa08496bf0667fa08496bf2.jpeg)
Seçkilərdə Baydenin mümkün əvəzlənməsi - Trampın rəqibi kim ola bilər?
29 iyun 2024 , 11:45![Azərbaycanda parlament seçkiləri bu tarixdə keçiriləcək](https://lent.az/storage/news/2024/june/28/big/667e9912e8c6e667e9912e8c701719572754667e9912e8c68667e9912e8c6b.jpeg)
Azərbaycanda parlament seçkiləri bu tarixdə keçiriləcək
28 iyun 2024 , 15:04!["Əlvida, Co!" – Amerika mediası Bayden-Tramp debatı haqqında](https://lent.az/storage/news/2024/june/28/big/667e84ab2ae28667e84ab2ae291719567531667e84ab2ae22667e84ab2ae25.webp)
"Əlvida, Co!" – Amerika mediası Bayden-Tramp debatı haqqında
28 iyun 2024 , 14:18![Siyavuş Novruzov](https://lent.az/storage/news/2024/june/28/big/667e7cf55bd01667e7cf55bd021719565557667e7cf55bcf9667e7cf55bcfd.jpg)
"Bələdiyyəni qapıdan qovurlar" - Siyavuş Novruzov
28 iyun 2024 , 13:13![Növbədənkənar seçkilərin keçirilməsi RƏSMİLƏŞDİ - YENİLƏNİB](https://lent.az/storage/news/2024/june/27/big/667d075cb0d93667d075cb0d941719469916667d075cb0d8e667d075cb0d90.jpg)
Növbədənkənar seçkilərin keçirilməsi RƏSMİLƏŞDİ - YENİLƏNİB
27 iyun 2024 , 12:42![Prezidentə hərbi təyyarə təqdim edildi - FOTOLENT](https://lent.az/storage/news/2024/june/26/big/667bd9c6a5509667bd9c6a550a1719392710667bd9c6a5502667bd9c6a5506.jpg)