Azay Quliyev erməni deputatı danışdığına peşman etdi
Oktyabrın 6-da Albaniyanın Tirana şəhərində ATƏT Parlament Assosiasiyasının (ATƏT PA) payız sessiyasının ikinci günü Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Qeqamyan Azərbaycanı Xocalı sakinlərini qətlə yetirməkdə və Ramil Səfərovu əfv edərək qəhrəman kimi qələmə verməkdə günahlandırıb.
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev Ermənistanı yalan danışmaqda ittiham edərək bildirib ki, Xocalı soyqırımı azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş ən dəhşətli bir cinayətdir.
Lent.az-ın məlumatına görə, Azay Quliyev çıxışında bildirib: “Səmimi olaraq deməliyəm ki, mən bu gün tam başqa məzmunda, yəni gündəlikdə duran məsələ ətrafında danışmaq istərdim. Lakin erməni həmkarımın çıxışı məni məcbur etdi ki, bəzi məsələlərə aydınlıq gətirim. Əvvəla, Siz hamınız şahidi oldunuz ki, erməni deputat azərbaycanlılara qarşı Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında tamamilə yalan məlumat verdi və bu soyqırımın baş verməsində Azərbaycanı günahlandırdı. Amma hamı bilir ki, bu soyqırım azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş ən dəhşətli bir cinayətdir. Təkcə bir faktı deyim ki, Ermənistanın prezidenti Serj Sarkisyan Xocalı soyqırımının Ermənistan tərəfindən törədildiyini etiraf etmiş və bu soyqırımın təşkilində yaxından iştirakına görə fəxr etdiyini bildirmişdi”.
Deputat deyib ki, Ramil Səfərovun ekstradisiyası və onun Azərbaycan Prezidenti tərəfindən əfv edilməsi hüquqi baxımdan qüsursuz olaraq həyata keçirilib.
“Onu da qeyd etmək istərdim ki, Azərbaycan hökuməti Ramil Səfərovu heç vaxt qəhrəman hesab etməyib. Onun hərəkətləri rəsmi səviyyədə heç vaxt bəyənilməyib və haqq qazandırılmayıb. Biz Ramil Səfərovu, həmçinin Qurgen Marqaryanı, Ermənistanın Azərbaycana təcavüzünün qurbanları hesab edirik. Ona görə də mən Ermənistan rəsmilərinin Ramil Səfərov məsələsindən bəhanə kimi istifadə edərək, öz varlıqlarını Azərbaycanın işğal olunmuş ərazilərində leqallaşdırmamağa və beynəlxalq aləmi çaşdırmamağa çağırıram. Ramil Səfərov məsələsi bitmişdir və bundan sonra müzakirə olunmamalıdır” - Quliyev nitqində söyləyib.
Deputatın sözlərinə görə, çox maraqlı və eyni zamanda ilginc fakt ondan ibarətdir ki, bu gün Ermənistan hökuməti işğalçı ola-ola başqasını nədəsə günahlandırmağa cəhd edir:
“Bu, 21-ci əsr diplomatiya tarixində “erməni kəşfi” kimi qeyd olunacaq. “Qonşunun torpağını işğal et və milyonlarla insanın adi hüquqlarını kobud şəkildə poz, lakin başqasını təcavüzdə ittiham et”. Bu, gülməli olmaqla yanaşı, həm də qəbulediməzdir. Bu gedişlə, sabah erməni tərəfi Azərbaycanı ABŞ-da və Avropada baş vermiş maliyyə böhranının əsl səbəbkarı elan etsə, mən buna təəccüblənmərəm. Ermənistanın bu kimi hərəkətləri bölgə üçün çox təhlükəlidir və onsuz da kövrək olan sülh danışıqlarına zərbə vurur. Mən Ermənistanı regionda yaranmış gərginliyi artırmamağa və qarayaxma kampaniyasından çəkinməyə çağırıram”.

Oxşar yazılar

Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37
150 illik yol: "Əkinçi"dən Şuşaya - Vüsalə Mahirqızı yazır
24 iyul 2025 , 15:26
Xarici qrant şəbəkəsi yenidən aktivləşdi: Azərbaycana gizli gətirilən pullar BELƏ İFŞA EDİLDİ
23 iyul 2025 , 16:00
Media nümayəndələrinə “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı təqdim olundu
22 iyul 2025 , 19:50
MEDİA-nın təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubiley tədbiri keçirilib
22 iyul 2025 , 19:43
Ermənistanın təxribatları nəticəsində əsir və girovluqda olmuş şəxslər ifadə verdilər
21 iyul 2025 , 21:46