İsmayıllıda avtomobil piyadanı vurub.
Lent.az xəbər verir ki, hadisə iyulun 25-də saat 13 radələrində Hacıhətəmli kəndi ərazisində baş verib. Arif Hüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə yolu keçən piyada 55 yaşlı Göyçək Vahidovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.