Başqandan incik ismarıc: “Canları sağ olsun…”
Müxalifət partiyalarının hakim Yeni Azərbaycan Partiyası ilə birlikdə Avropa Parlamentinə edilən müraciət imzalamaları ciddi müzakirə mövzusuna çevrilib. Hətta Müsavat Partiyasının üzvü Elnur Astanbəyli partiyadan və İctimai Palatadan istefa verdiyini açıqlayıb.
Müsavat başqanı İsa Qəmbər isə müxalifətin YAP-ın qərargahında sənəd imzalanması ilə ünvanına səslənən, bu səbəbdən partiyanı tərk edənlərə cavab olaraq öz fikirlərini sosial şəbəkədə izləyiciləri, bu vəsilə ilə media ilə də paylaşıb.
Müsavat.com saytı İsa Qəmbərin şərhini yayıb: "YAP bizə təklif etdi ki, Ramil Səfərov məsələsi ilə bağlı Avropa Parlamentinə birgə müraciət imzalayıb göndərək.
Biz də layihəni istədik, aldıq, oxuduq, həm partiya rəhbərliyində, həm də müttəfiqlərimizlə məsləhətləşib bunu mümkün hesab etdik.
Mətbuatda dərc olunan mətn layihədir, müzakirədə bizim də bəzi təkliflərimiz qəbul olunub, yəqin ki, son mətndə bəzi düzəlişlər ediləcək.
Prosedurlarla bağlı bəzi tənqidi qeydləri qəbul etmək lazımdır, tədbiri neytral məkanda da keçirmək olardı, YAP rəhbərliyi qeyri-təvazökarlıq edib, yuxarı başda oturmaya da bilərdi. Amma bu tipli tədbirlər çox nadir hallarda olur, (səhv etmirəmsə, 2009-da belə bir hadisə olmuşdu, iqtidar və müxalifət partiyaları YAP qərargahında Qarabag mövzusunda birgə bəyanat imzalamışdılar). Gələcəkdə belə birgə tədbirlər olacaqsa, bu cür prosedur məsələlərində bu tənqidi qeydləri nəzərə almaq lazımdır.
Bizi tənqid edənlərə, hətta partiyadan gedənlərə dözümlü yanaşmaq lazımdır, əgər bəzi dostlarımız bizimlə söhbətə ehtiyac duymadan son qərar veriblərsə, canları sağ olsun, onlarla da söhbət edərik.
Məsələnin mahiyyətinə gəldikdə isə, mən əminəm ki, bu qərarımız istər taktiki, istərsə də strateji baxımdan düzgün qərardır və qısa zamanda hamı buna əmin olacaq".

Oxşar yazılar

Prezidentin ABŞ səfərində bu sənədlər imzalanacaq - SİYAHI
8 avqust 2025 , 02:23
ABŞ-la Azərbaycan Strateji İşçi Qrupu yaradacaq
8 avqust 2025 , 01:08
İlham Əliyev ABŞ Prezidentinin xüsusi elçisi ilə görüşdü - FOTO+VİDEO
8 avqust 2025 , 00:47
SOCAR-la “ExxonMobil” arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb
8 avqust 2025 , 00:46
Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı inkişaf etdirən Anlaşma Memorandumu imzalanacaq - EKSKLÜZİV
8 avqust 2025 , 00:44
Azərbaycan prezidenti ABŞ-da belə qarşılandı - VİDEO
7 avqust 2025 , 15:30
İlham Əliyev ABŞ-da
7 avqust 2025 , 15:05