Ramil Səfərov 35 yaşında
Macarıstanda ömürlük həbs cəzası alan baş leytenant Ramil Səfərovun bu gün 35 yaşı tamam olur. Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənin İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.
Kursun başa çatmasına 18 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabiti öldürüb. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ramil Səfərov, macar ədəbiyyatını Azərbaycan dilinə orjinaldan tərcümə edən ilk şəxsdir. O, Macarıstanda həbsdə olduğu müddətdə macar dilini öyrənib və ölkənin ən sevilən ədəbiyyat nümunələrindən birini, Macarıstanın qadın yazıçılarından Maqda Sabonun "Qapı" romanını Azərbaycan dilinə tərcümə edib. Həmçinin macar yazıçısı Ferens Molnarın "Pal küçəsinin oğlanları" povestini də tərcümə edib. Ramil Səfərov hazırda 3-cü romanın tərcüməsi üzərində çalışır.

4638