İsveç alimləri qabyuyan maşınlarda istifadə olunan yuyucu vasitələrin bağırsaqların işinə problem yaratdığını bəyan ediblər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlər bu məsələnin bağırsaqlara bitməyib, hətta insan genlərinə zərər vuracaq qədər pis nəticələnə biləcəyini vurğulayıblar.
“Bu maşınlar çox az su ilə ən yağlı qabları ən qısa müddətdə yumaq üçün hazırlanıb. Nəticədə yuyucu vasitələrin dozası artıb, su həcmi azaldıqca qabların üzərində adi gözlə görünməyən kimyəvi qat yaranır. Qidamızla birgə bu kimyəvi maddələri orqanizmə daxil edirik. Kimyəvi vasitələr həzm sistemimizdə aşınmaya, müxtəlif xəstəliklərə yol açırlar”,- deyə tədqiqatçılar bildiriblər.