Yüksək qan təzyiqi ilə mübarizə üçün ən yaxşı məhsul AÇIQLANDI
03 aprel 2021 19:56 (UTC +04:00)

Yüksək qan təzyiqi ilə mübarizə üçün ən yaxşı məhsul AÇIQLANDI

Yerkökü və yerkökü şirəsi uzun müddətdir hipertoniya (arterial hipertoniya) üçün xalq müalicəsi kimi tanınır.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, alimlər yerkökünün qan təzyiqini normallaşdırmaq və ürək-damar xəstəliklərinin qarşısını almaq üçün güclü bir vasitə olduğuna dair daha çox dəlil təqdim ediblər.

Tədqiqat zamanı həkimlər pəhrizə yerkökü əlavə etməyin yalnız təzyiqi normallaşdırmadığını aşkar ediblər. Eyni zamanda aterosklerozdan təsirlənmiş damarların vəziyyətini də yaxşılaşdırır.

Buna görə tədqiqatçılar ürək-damar xəstəliklərinin qarşısını almaq üçün pəhrizə yerkökü və yerkökü şirəsi əlavə etməyi məsləhət görürlər.

Yerkökü kaliumla zəngindir, ürək əzələsinin sağlamlığına "cavabdeh olan" bu element, bütün ürək-damar sisteminin işini qurmağa kömək edir. Həm də yerkökündəki selenyum sayəsində cavanlığı qoruya və immunitet sisteminizi gücləndirə bilərsiniz. Əlbəttə ki, yerkökü görmə qabiliyyətini qorumağa kömək edən və eyni zamanda xərçəng riskini azaldan güclü bir antioksidan olan beta-karotenin (provitamin A) anbarıdır.

Yerkökü şirəsi içmək, şirəli meyvələri yemək və ya salata tərəvəz əlavə etmək istəmək şəxsi zövq məsələsidir. Yerkökünün yeganə çatışmazlığı allergik bir məhsul olmasıdır, bu səbəbdən allergik reaksiyaya meylli insanlar yerkökü ilə diqqətli olmalıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7419
avatar

Oxşar yazılar