Yeni ştammlara uyğunlaşdırılmış YENİ PEYVƏND
25 noyabr 2021 00:33 (UTC +04:00)

Yeni ştammlara uyğunlaşdırılmış YENİ PEYVƏND

“Koronavirusun yeni ştammları üçün peyvənd epidemik vəziyyətin davamlı monitorinqi sayəsində bir neçə ay ərzində hazırlana və istehsal edilə bilər”.

Lent.az-ın məlumatına görə, bunu N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya üzrə Milli Tədqiqat Mərkəzinin direktor müavini Denis Loqunov müsahibəsində deyib.

“Peyvəndi yeni ştammlara vaxtında uyğunlaşdırmaq üçün yalnız bir yol var - vəziyyətin monitorinqi. Əgər yeni bir ştamın patogenliyi, yoluxduruculuğu və ya öldürücü təsiri daha çoxdursa, o zaman təcili olaraq peyvəndin yenilənməsi lazımdır. Bu, kifayət qədər tez - cəmi bir neçə ay ərzində edilə bilər”, deyə Loqunov vurğulayıb.

Onun sözlərinə görə, əhalidən nümunələrin götürülməsi və dövriyyədə olan ştammların monitorinqi davam edir: “Monitorinq eyni zamanda Qamaleya adına Mərkəzdə, Moskva Səhiyyə Departamenti ilə birlikdə, həmçinin, Sankt-Peterburqdakı Qrip İnstitutu, o cümlədən Rusiyanın digər elmi mərkəzlərində aparılır”. 

Ekspertin fikrincə, yeni peyvənd stabil olduğu halda, onun “delta” ştammına uyğunlaşdırılması variantına baxmaq mümkün olacaq: “Biz bütün ştammları nəzərə almışıq, peyvəndin  təhlükəsizliyi və effektivliyi heyvanlar üzərində sınaqdan keçirilib. Lazım gələrsə, məhdud klinik sınaqlara başlanıla bilər. İnsan həmişə belə bir ehtiyaca hazır olmalıdır, buna görə də peyvənd ştammları müntəzəm şəkildə yenilənir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1941
avatar

Oxşar yazılar