Belçikalı psixiatrlar xəstələrin ruh sağlığını təmin etmək üçün onların reseptlərinə pulsuz muzey bileti yaza biləcəklər.
Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, yeni pilot layihə 6 ay davam edəcək.
Layihəni Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həyata keçirir. ÜST-ün araşdırmalarına görə, mədəni fəaliyyətin, muzey ziyarətlərinin psixi sağlamlıq üçün əhəmiyyəti böyükdür.
Hər xəstə 6 ay müddətində 5 dəfə muzeyə gedə biləcək. Bəs hansı muzeylərə? Bu siyahı da maraqlıdır. Kanalizasiya muzeyi, Krujeva muzeyi, Moda muzeyi, Modern sənət əsərləri muzeyi.