Yeməyi düzgün çeynəməməyin FƏSADLARI 
27 iyul 2022 19:58 (UTC +04:00)

Yeməyi düzgün çeynəməməyin FƏSADLARI 

Dişlərinizi güclü və sağlam saxlamaq və mədə-bağırsaq traktının patologiyalarından uzaq olmaq üçün yeməkləri normal şəkildə çeynəmək lazımdır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu rusiyalı diş həkimi İrina Rubleva mediaya açqılamasında deyib.

Onun sözlərinə görə, yeməyi zəif çeynəyərkən təhlükəli fəsadları ortaya çıxır.

Həkim bildirib ki, bərk qidanı düzgün çeynəmədikdə o, zəif həzm olunur və bu da bağırsaqlarda və digər daxili orqanlarda iltihabın inkişafına səbəb ola bilər: 

“Bir insan iri tikəni udduqda, tüpürcək vəziləri qeyri-kafi miqdarda ferment istehsal edir. Buna görə dişlərin demineralizasiyası başlayır və bu patoloji proses vaxtında həkimin köməyi ilə dayandırılmazsa, kariyes və digər diş xəstəliklərinə səbəb ola bilər”.

Rubleva əlavə edib ki, yeməyi əngin yalnız bir tərəfində - sağ və ya sol tərəfdə çeynəmək də zərərlidir, üzün asimmetriyasına səbəb ola bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2358
avatar

Oxşar yazılar